Azerbaycanda da bele adamlar var… – İnsan orqanlari


[r32]
– xeber –
1999-cu ildə parlament tərəfindən qəbul edilən insan orqan və ya toxumalarının transplantasiyası haqqında qanunun bəzi müddəaları bugünədək yerinə yetirilmir.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin Səhiyyə Komitəsinin iclasında insan orqan və ya toxumalarının transplantasiyası haqqında qanunun işləməyən önəmli maddələri ilə bağlı çıxışı zamanı deyib.
Millət vəkili Səhiyyə Komitəsi nəzdində bir qrup yaradılmaasını təklif edib:
“Buraya müvafiq dövlət orqanlarının rəsmiləri dəvət edilməli və bu istiqamətdə geniş müzakirələr aparılmalıdır ki, qanunun bu maddəsinin işləməsi üçün həll yolları tapılsın. Son illər orqan transplantasiyası məsələsi Azərbaycanda genişlənir. Amma bu haqda qanunun qəbul edilməsinə baxmayaraq, bütün dünyada orqan transplantasiyasında ən vacib məsələ olan meyitdən orqan və ya toxumaların götürülməsinin icra mexanizmləri yoxdur. Bu icra mexanizmlərinin işlənib hazırlanması üçün müvafiq qurumlar təcili tədbirlər görməlidir”.
Q.Paşayeva bildirib ki, bu gün qanunun bu müddəasının həyata keçməməsi səbəbindən ölkədə orqan köçürülməsində sadəcə cüt və ya arta bilən orqanlar köçürülə bilər:
“Digərləri üçün isə hər bir insan xaricə üz tutmalıdır ki, bu da külli miqdarda vəsait tələb edir. Bu gün orqan köçürülməsinə ehtiyacı olan xəstələrə onların yaxınlarından, yəni sağlam insanlardan orqan alınaraq köçürülməsi mümkündür. Bununla da sağlam insanların həyatı da bir çox hallarda risk altına düşür. Bəlkə o insanın heç özünün arta bilən orqanını bağışlayacaq bir qohumu yoxdur. Bəs o nə etsin? Bütün inkişaf etmiş ölkələrdə transplantasiya məqsədilə meyitdən orqan və toxumaların götürülməsi sürətlə inkişaf edirsə, bizdə nə üçün bu məsələ öz həllini tapmasın, axı bizim bununla bağlı neçə ildir qəbul olunan qanunumuz var. Heç kəs hər hansı bir şəxsin özünün ölməzdən əvvəl rəsmi qaydada qeydiyyatdan keçmiş vəsiyyət məktubu olmadığı, ailəsinin izn vermədiyi təqdirdə onun meyitinə toxuna bilməz. Xarici ölkələrdəki kimi Azərbaycanda da belə insanlar var ki, onlar vəsiyyət yazaraq öldükdən sonra orqanlarını ehtiyacı olan insanlara bağışlamaq istəyir. Onların bu istəyini reallaşdıran icra mexanimləri bizdə də olmalıdır”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org