“Azerbaycan yigmasi indi daha yaxsi komandadi”

16:25 – xeber – Qrupumuzun ən güclüsünün Almaniya yığması olduğunu hamı bilir. Onlar səhv buraxmırlar. Odu ki, Almaniyaya məğlubiyyətdə qəbahət görmürəm.
 
Apasport.az saytının məlumatına görə, bu sözləri Norveç yığmasının müdafiəçisi Veqar Hedenstad deyib.
 
DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən olan norveçlilər növbəti görüşlərini məhz millimizə qarşı keçirəcəklər.
 
Ölkəsinin mətbuatına müsahibə verən Hedenstad bu görüşlə bağlı fikirlərini bölüşüb. 25 yaşlı futbolçu millimiz barədə müsbət fikirlər səsləndirsə də, hədəflərinin qələbə olduğunu qeyd edib:
 
“Seçmə mərhələnin ilk oyunundakı yenilgidən sonra üzərimizdəki təzyiq daha da artıb. Odu ki, dəyişiklik etmək lazımdı. Azərbaycanla oyunda qələbə qazanmaqla, uğursuz tendensiyanı qırmalıyıq. “Qara zolaq”dan çıxmağın ən asan yolu budu. Qalib gəlməyə borcluyuq. Özü də təkcə Azərbaycanı yox, San-Marinonu da məğlubiyyətə uğratmalıyıq. Lakin Azərbaycan yığması əvvəlki seçmə mərhələ ilə müqayisədə indi daha yaxşı komandadı. Bakıda onlara qarşı oynamaq, xüsusilə, çətindi. Odu ki, bizi gərgin qarşılaşma gözləyir. Səfərdə böyük təzyiqlə üzləşəcəyimizi düşünürəm”.
 
Hedenstad yığmada üzləşdikləri təzyiqin onlara problem yaratmayacağını düşünür. Onun sözlərinə görə, Azərbaycanla oyundakı nəticədən çox şey asılıdı:
 
“Millinin təzyiq altında olması bizim üçün problem deyil. Onsuz da, hər birimiz öz klubumuzda bu təzyiqi hər gün yaşayırıq. İndi gəlmişik ki, qarşıdakı oyunlarda Norveç millisinə kömək edək. Komandanın üzərindəki təzyiqin azalıb-azalmaması məhz qarşıdakı 2 oyundakı nəticələrdən asılıdı. Hazırda özümü yaxşı hiss edirəm. Azərbaycan və San-Marino ilə matçlarda komandama kömək etməyə hazıram”.
 
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Norveç matçı saat 20:00-da start götürəcək.  

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org