Azerbaycan sefirliyi Riqada 9 Mayi qeyd etdi – Foto

20:54 – xeber – Rusiyanın Latviyadakı səfirliyi Azərbaycan, Qazaxıstan və Belarus səfirlikləri ilə birlikdə faşizm üzərində Qələbənin 71-ci ildönümünə həsr edilən təntənəli qəbul keçirib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, tədbirdə Latviyada yaşayan İkinci Dünya müharibəsi veteranları iştirak ediblər.
 
Rusiya Federasiyasının səfiri Aleksandr Vişnyakov çıxışında deyib ki, 9 May sadəcə bayram deyil, bu, keçmiş Sovet İttifaqı məkanında, habelə işğalçılardan zərər görmüş digər ölkələrdə ehtiramla yanaşılan böyük günlərdən biridir. Bu əlamətdar gün tarixdən silinməyəcək, təqvimdə əbədi qalacaq və həmişə o qorxunc hadisələri və faşist ordusunun darmadağın edilməsini xatırladacaq.
 
A.Vişnyakov qeyd edib ki, İkinci Dünya müharibəsi bəşəriyyət üçün qorxulu sınaq olub və Sovet İttifaqının 15 respublikası faşizm üzərində Qələbəyə layiqli töhfə verib.
 
Qeyd edilib ki, Azərbaycan müharibə illərində neft və neft məhsullarının əsas təchizatçısı olub. Azərbaycan neftçiləri bütün ölkənin yanacağının təxminən 80 faizini istehsal ediblər və müharibənin təkcə birinci ilində 23,5 milyon ton neft hasil ediblər. Ümumilikdə 75 milyon tondan çox Bakı nefti hərbi ehtiyaclar üçün göndərilib.
 
Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşı Gəray Muradov iştirak edib.
 
Faşizm üzərində Qələbənin bayram edilməsinin 71-ci ildönümü münasibətilə mayın 9-da silsilə tədbirlər keçiriləcək, o cümlədən Xilaskarlar abidəsinə, qardaş qəbirlərinə əklillər qoyulacaq.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org