Azerbaycan-Rusiya konfransi kecirilecek – "İzborskiy Klub"


[r32]
– xeber –
Moskvada Azərbaycan-Rusiya münasibətlərinə dair konfrans keçiriləcək.
APA-nın verdiyi məlumata görə, sentyabrın 14-də paytaxtın "Prezident" hotelində keçiriləcək konfransın təşkilatçıları "İzborskiy Klub" və Geosiyasi Ekspertiza Mərkəzidir.
"Moskva-Bakı oxu – Qafqazın yeni geosiyasətinə doğru" adı altında keçiriləcək konfransda Rusiya Dövlət Dumasının və Azərbaycan Milli Məclisinin deputatları, hər iki ölkənin tanınmış ictimai-siyasi xadimləri Rusiya və Azərbaycanın elmi və ekspert dairələrinin nümayəndələri, eləcə də diplomatlar, KİV nümayəndələri iştirak edəcəklər.
"İzborskiy Klub"-dan verilən məlumata görə, konfransın keçirilməsində məqsəd Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini qiymətləndirməkdir: "Tədbirdə əsas diqqəti Rusiya və Azərbaycanın Qafqazda təhlükəsizliyin möhkəmləndirilməsində əməkdaşlığına yönəldiləcək. Konfrans iştirakçıları Azərbaycanın müasir beynəlxalq siyasətdə rolu, Rusiya-Azərbaycan münasibətlərinin dərinləşməsi, regiondakı mübahisəli problemlərin birgə həlli imkanlarını müzakirə edəcəklər.
Konfransda Dağlıq Qarabağ probleminin siyasi yolla nizamlanmasına xüsusi diqqət ayrılacaq.
O cümlədən mədəniyyət sahəsindəki əməkdaşlıq, iki ölkə arasında əlaqələndirici həlqə olan Azərbaycan diasporunun rolu, Rusiya və Azərbaycanın intellektual və vətənpərvər elitası arasında dialoq və mübadilə məsələləri müzakirəyə çıxarılacaq.
Moskva və Bakının yaxınlaşmasına istiqamətlənən iki ölkənin mövqelərinin açıq və dürüst müzakirəsi, ekspert dialoqu mexanizminin formalaşması təkcə Rusiya və Azərbaycanın maraqlarına deyil, bütün region ölkələrinin maraqlarına cavab verir".
Qeyd edək ki, "İzborskiy Klub"un təsisçisi tanınmış ictimai siyasi xadim, yazıçı publisit Aleksandr Proxanovdur.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org