"Azerbaycan Nadir sah Efsar dovleti" Turkiyede teqdim olundu

30 Dekabr 2015 12:21 – xeber –
İstanbulda "Azərbaycan Nadir şah Əfşar dövləti" kitabının türk dilindəki nəşrinin təqdimat mərasimi keçirilib.
Olkem.az xeber verir ki, İstanbul şəhərində Türkiyə Aydınlar Ocağının təşkilatçılığı ilə professor Cahangir Hüseynovun Azərbaycanın görkəmli dövlət xadimi, Şərqin ən qüdrətli fatehlərindən sayılan, xalqımızın böyük oğlu Nadir şah Əfşara həsr edilmiş "Azərbaycan Nadir şah Əfşar dövləti" kitabının türk dilindəki nəşrinin təqdimat mərasimi keçirilmişdir.
Nəşrdə həmçinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ön söz yazdığı və redaktoru olduğu "Nadir şah Əfşar: diplomatik yazışmalar" adlı sənədlər toplusunun da materialları yer almışdır. 
Mərasimdə Türkiyənin bir sıra tanınmış qələm sahibləri, yazıçı və tədqiqatçıları çıxış edərək nəşri yüksək qiymətləndirmiş, kitabın Azərbaycan tarixi ilə bağlı həqiqətlərin Türkiyədə təbliği istiqamətində böyük əhəmiyyətə malik olduğunu qeyd etmişlər. Kitabın müəllifi Cahangir Hüseynov öz çıxışında akademik Ramiz Mehdiyevin diplomatik sənədlər toplusuna yazdığı ön sözə toxunaraq, onun Nadir şah ətrafındakı bir sıra mübahisələrə, müəmma və təhriflərə tutarlı cavab olduğunu xüsusilə vurğulamış, fars dilindən tərcümə edilmiş orijinal sənədlərin isə danılmaz sübut kimi ictimaiyyətin ixtiyarına verilməsini mühüm elmi hadisə kimi tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Onun sözlərinə görə, akademikin Nadir şah irsinin sistemli tədqiqi istiqamətindəki çağırışlarına tarixçilərimiz zəruri həssaslıqla yanaşmalı, bu istiqamətdəki axtarışlarını intensivləşdirməlidirlər. Türkiyədə nəşr edilən bu kitab Nadir şah Əfşar imperiyasının yaradılmasının 280 illiyinə ithaf edilmişdir.

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org