Azerbaycan miqrasiya sahesinde sabit olkedir – Svinq

19:21 – xeber – BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) İcraiyyə Komitəsinin 67-ci sessiyasında iştirak etmək üçün Cenevrədə səfərdə olan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktoru Uilyam Leysi Svinq ilə görüşüb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, ölkəmizə ötən ilki səfərini məmnunluqla xatırlayan Uilyam Leysi Svinq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yaradılmış sabitliyin və mütərəqqi miqrasiya idarəçiliyi modelinin, eləcə də ölkədə multikultural dəyərlərə verilən önəmin şahidi olduğunu qeyd edib. O, Dövlət Miqrasiya Xidməti ilə BMqT-nin Azərbaycan nümayəndəliyi arasında qurulmuş yüksək səviyyəli əməkdaşlığın inkişaf perspektivlərinə toxunub və könüllü qayıdışa yardım çərçivəsində “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihənin həyata keçirilməsinə dair əməkdaşlıq müqaviləsi”nin ilin sonunadək imzalanmasının planlaşdırıldığını deyib.
 
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd etməyə hazırlaşan Azərbaycanda tarix boyu irqi, milli və dini zəmində heç bir münaqişənin yaşanmadığına diqqət çəkərək, bu baxımdan respublikamızın dünya üçün nümunə olduğunu bildirib.
 
F.Nəbiyev Azərbaycanın ən ümdə problemi – Ermənistanın təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də icra edilməməsini təəssüf hissi ilə qeyd edib və beynəlxalq ictimaiyyətin regionda sabitliyə ciddi təhlükə olan bu konfliktin sülh yolu ilə həlli üçün səylərini artırmasının vacibliyini vurğulayıb.
 
Həmçinin bu günlərdə Azərbaycanda keçirilmiş V Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkilindən söhbət açılan görüşdə bu Foruma dövlət tərəfindən ayrılan xüsusi diqqət ölkədə humanizm prinsiplərinə sadiqliyin nümunəsi kimi qiymətləndirilib.
 
Bununla yanaşı, qeyd olunub ki, Roma Papası Fransiskin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşündə söylədiyi “Sizin ölkədə dini azadlıqlar tam təmin edilib” fikri respublikamızda bütün dinlərə və xalqlara dost və tolerant münasibətin təcəssümüdür.
 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org