Azerbaycan Gurcustandan qatar alir

11:31 – xeber – Gürcüstan Vaqon Təmiri Zavodu yaxın zamanlarda Azərbaycana elektrik qatarları tədarük edəcək. Tezliklə bununla bağlı razılaşmanın rəsmiləşdirilməsi gözlənilir.
 
Report-un verdiyi məlumata görə, bunu "Gürcüstan Dəmir Yolları" şirkətinin Müşahidə Şurasının həmsədri Nino Tsilosani bildirib.

"İndiyək zavod Azərbaycana ancaq qatarlar tədarük edirdi. Ümumiyyətlə, Azərbaycan, Ermənistan və Gürcüstanda sovet dövrünün elektrovozları hərəkət edir. Lakin MDB-də onların istehsalı ancaq Rusiya, Ukrayna və Gürcüstanda həyata keçirilir. Biz elektovozların qonşu dövlətlərə tədarük olunması üçün intensiv danışıqlara başlamağı planlaşdırırıq. Onlara sərfəli qiymətlər təklif edə bilərik", – deyə N.Tsilosani qeyd edib.
Şirkət rəsmisi əlavə edib ki, Gürcüstan zavodunun bazasında elektrovozların istehsalının təşkili planlaşdırılır:
 
"Bu vaxta kimi Gürcüstanda lokomotivlər yığılmırdı, yalnız elektrik qatarları və vaqonlar istehsal edirdik. Hələlik texniki məsələlər və iş prosesi ilə bağlı danışıqlar gedir. Təxminən 50 mln. dollar həcmində böyük investisiya lazımdır. Çin şirkəti ilə birgə müəssisənin yaradılması ideyasını nəzərdən keçiririk. Beləcə, istehsalın 50%-i Gürcüstanda, qalan hissəsi isə Çində reallaşdırılacaq".

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org