“Azerbaycan gurculerin nankor oldugunu dusunecek”

11:12 – xeber – Hazırda Gürcüstanda rusiyayönlü qüvvələrin əsas siması “Qazprom”un səhmdarı olan Bidzina İvanişvilidir.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstan mətbuatına açıqlamasında ölkənin eks-prezidenti Mixail Saakaşvili söyləyib. Onun sözlərinə görə, İvanişvili “Qazprom”da səhmlərinin olmadığını deməklə xalqı aldadıb:
 
“İsveçrədə İvanişvilinin bu şirkətdə payının olması ilə bağlı xüsusi hesabat yayımlandı. O sizi aldadıb. “Qazprom”un səhmdarı göstərişi birbaşa Kremldən alır. Belə olmasaydı, DTK (KQB) kimisə “Qazproma” buraxardımı? Axı niyə biz belə unutqanıq? 2005-ci ildə “Qazprom” bütün Gürcüstana qaz ixracını dayandırdı və bizim boğazımızdan yapışdı. Azərbaycan isə bizi qazla təmin etdi. Bundan sonra bizə dünyanın heç bir yerində olmayan ucuz qaz kontraktı təqdim etdi. Bundan sonra Azərbaycan bizim nankor xalq olduğumuzu düşünməlidirmi? Rusiyanın Gürcüstanda üç məqsədi olub. Birincisi, uğurlu reformların simvolu olan hakimiyyətimi devirmək idi. Bu, Rusiya üçün çox təhlükəli amildi. İkinci məqsədləri enerji rıçaqlarına sahib olub, “Qazprom” geri qaytarmaqdı. Üçüncüsü isə Gürcüstan yersiz bir ölkəyə çevrilməliydi. Bununla da Moskva Qərbin hər görüşdə Gürcüstandan çıxması barədə ona qarşı irəli sürülən tələblərdən canını qurtarmaq istəyirdi. Rusiya 2008-ci ildə müharibə yolu ilə reallaşdıra bilmədiyi niyyətlərinə hakimiyyətin dəyişilməsi nəticəsində nail oldu. 2012-ci ildə seçkiləri Vahid Milli Hərəkat yox, Gürcüstan uduzdu. Rusiya bu müharibəni uddu”.
 
Qeyd edək ki, Gürcüstan “Qazprom”dan qaz alışı ilə bağlı danışıqlara başlayıb. Artıq tərəflər arasında beş görüş keçirilib.
 
Azərbaycanın Gürcüstanın qaza olan tələbatının böyük bir hissəsini ödəyir. Rusiya isə Ermənistana Gürcüstan ərazisindən ötürdüyü qaz qarşılığında Tiflisə 300 milyon kub metr qaz verir. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org