Azerbaycan esilli milyoncuya daha bir cinayet isi

00:14 – xeber – Külli miqdarda vergidən yayındığına görə axtarışa verilən Manaşirov qardaşlarının yaşca böyüyünə Rusiya İstintaq Komitəsində daha bir iş açılıb.
 
Modern.az-a bildirir ki,dövlətə milyard rubldan çox vergi ödəməyən Solomon Manaşirov cinayət yolu ilə əldə etdiyi pulun leqallaşdırılmasında təqsirkar hesab olunur.
 
Azərbaycan əsilli biznesmenə qarşı birinci cinayət işi 2016-cı ilin aprel ayında qaldırılıb.
 
Bundan əlavə, istintaq Manaşirovu mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda da şübhəli bilir. Həmin qruplaşmaya bir neçə "kölgə" iş adamlarının, o cümlədən Solomonun qardaşı Roman Manaşirovun da daxil olduğu bildirilir.
 
Roman Manaşirov, xüsusilə, müəyyən dairələrdə, hüquq-mühafizə və istintaq orqanlarının nümayəndələri ilə bağlı məsələləri həll edən kimi tanınır.
 
O, müstəntiqlərə rüşvət verdiyinə görə 2015-ci ilin dekabrından tutulub və istintaq təcridxanasındadır.
 
Solomon Manaşirov hazırda İsraildədir. İstintaq Komitəsi onun Rusiyaya ekstradasiyası ilə bağlı müraciət etmək niyyətindədir.
 
Roman və Solomon Manaşirov qardaşları Quba rayonunda, Qırmızı Qəsəbədə anadan olublar.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org