Azerbaycan dunyanin en iri banklarindan birini yaratdi

14:00 – xeber – Pekində Azərbaycanın da təsisçilərindən biri olduğu Asiya İnfrastruktur İnvestisiya Bankının yaradıldığı (AİİB) rəsmən təsdiq edilib. AİİB Çinin təşəbbüsü ilə dünyada yaradılan ilk çoxşaxəli maliyyə müəssisəsidir.

Olkem.az xeber verir ki, anspress-in “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə , Çin Xalq Respublikasının (ÇXR) maliyyə naziri Lou Civey bildirib ki, AİİB-in yaradılması haqqında Sazişin rəsmən qüvvəyə minməsi bu bankın hüquqi fəaliyyətə başladığını göstərir.

AİİB-in rəsmən təsis edilməsi qlobal iqtisadi idarəçilik sisteminin islahatları prosesində mərhələ əhəmiyyəti daşıyan mühüm hadisədir.

Beləliklə, AİİB-in yaradılması haqqında sazişin qüvvəyə minməsi üçün yeni maliyyə strukturunun aksiyalarının azı 50 faiz payına malik sazişi imzalayan ən azı 10 ölkənin onu ratifikasiya etməsi lazım idi.

Bu il dekabrın 25-nə olan vəziyyətə görə, 57 təsisçi ölkənin 17-si artıq bu sazişi ratifikasiya edib və bu barədə sənəd təqdim edib. AİİB-in səhmlərinin 50,1 faizi onların payına düşüb.


Asiya İnfrastruktur İnvestisiya Bankının təsisçi üzv ölkələri

Lou Civey bildirib ki, AİİB-in yaradılmasına hazırlıq haqqında plana görə, 2016-cı il yanvarın 16-18-də Pekində bankın fəaliyyətə başlaması münasibətilə mərasim və yığıncaq keçiriləcək. Yığıncaqda tərəflər AİİB-in Direktorlar Şurasının yaradılması və fəaliyyəti məsələlərini müzakirə edəcəklər.

AİİB-in yaradılması təşəbbüsünü 2013-cü ilin oktyabrında ÇXR-in sədri Si Cinpin irəli sürüb. Bir çox ölkələr Çin liderinin təklifini dəstəkləyiblər. 2014-cü ilin oktyabrında Pekində 22 ölkə AİİB-in yaradılmasına hazırlıq haqqında Memorandum imzalayıb, 2015-ci il martın 31-i üçün təsisçi ölkələrin sayı artaraq 57-yə çatıb.

Böyük Britaniya, Almaniya və Fransa kimi inkişaf etmiş ölkələr onların sırasındadır. Bu ilin iyunun 29-da Pekində AİİB-in təsis edilməsi haqqında Saziş imzalanıb. Azərbaycan hökuməti adından sənədi maliyyə naziri Samir Şərifov imzalayıb.


Maliyyə naziri Samir Şərifov sənədi imzalayarkən

Əsasən Asiya regionunda infrastrukturun inkişaf etditilməsini dəstəkləyəcək bankın nizamnamə kapitalı 100 milyard ABŞ dolları məbləğində müəyyən edilmişdir ki, bunun da təxminən 75 faizini Asiya ölkələri təmin edəcəkdir. Ölkələrin payı onların iqtisadiyyatının həcminə uyğun müəyyən edilir.

mənbə :
anspress

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org