Azerbaycan cempionunu gulleleyen tutuldu – Yenilendi

17:43 – xeber – 13:39
 
Azərbaycanda gənc idmançı dünyasını dəyişib.
 
Musavat.com xəbər verir ki, kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilov vəfat edib.
 
Bu barədə deputat, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev Feysbukda yazıb. O, gənc idmançının ölümünün səbəbini açıqlamayıb.
 
Azərbaycan Kikboksinq Federasiyası mərhum idmançının ailəsinə başsağlığı verib.
 
Qeyd edək ki, APA-nın yaydığı məlumatda 32 yaşlı idmançı Elmir Cəlilovun Gəncədə, Əttarlar küçəsində, "Kəpəz" mehmanxanasının qarşısında öz avtomobilində güllələndiyi bildirilir.
 
Qətlin hansı səbəbdən, hansı şəraitdə törədilməsi bəlli deyil. Qatillərin tutulması istiqamətində istintaq tədbirləri aparılır.
 
E.Cəlilovun 2 övladı var.
 
***
 
Fevralın 20-də axşam saatlarında şəhər sakini, 1984-cü il təvəllüdlü Elmir Cəlilovu odlu silahla qətlə yetirən 1984-cü il təvəllüdlü Anar Tağıyev tutulub.
 
APA-nın verdiyi məlumata görə,  o, hazırda hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilir.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org