Azerbaycan bu sahede on sirada – Foto

11:21 – xeber – ABŞ-ın Pensilvaniya Universitetinin dünyanın aparıcı beyin mərkəzlərinin reytinqi ilə bağlı hazırladığı beynəlxalq hesabat dünən Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu Yorkdakı mənzil qərargahında təqdim edilib.  
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, hesabatın təqdimatı dünyanın 100-dən artıq ölkəsində təşkil edilib, eyni zamanda, beynəlxalq maliyyə qurumlarında və Dünya Bankında təqdimatı da həyata keçirilib.
 
Qlobal reytinqlər müəyyənləşdirilən zaman dünyanın 182 ölkəsini təmsil edən 6545 beyin mərkəzi arasında sorğu keçirilib və nəticələr 1500 ekspert tərəfindən qiymətləndirilib.
 
Beynəlxalq qiymətləndirmədə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi seçilərək, hesabatda əksər kateqoriyalar üzrə dünyanın aparıcı beyin mərkəzləri siyahısına daxil edilib.
 
Vüqar Bayramov bildirib ki, rəhbərlik etdiyi təşkilat artıq 7 ildir Cənubi Qafqaz və Orta Asiya regionunda ən güclü beyin mərkəzi statusunu qoruyub saxlayır:
 
“Belə nüfuzlu beynəlxalq hesabatda regionun aparıcı beyin mərkəzinin Azərbaycan təşkilatı olması sevindirici olmaqla yanaşı, eləcə də mərkəzimizin regional elmi və praktik tədqiqatlara töhfəsinin səviyyəsini göstərir. CESD regionun top beyin mərkəzi olmaq üçün Cənubi Qafqazın 3, Orta Asiyanın 5 ölkəsini və eləcə də Əfqanıstanı təmsil edən təşkilatlar ilə rəqabət aparıb. Təbii ki, regionda birinci olmaq CESD üçün yeni prioritetlər müəyyənləşdirməklə yanaşı, ciddi məsuliyyət də formalaşdırır. Bu ildə regional mövqeylə yanaşı, qlobal arenadakı mövqeyimizi də qoruyub saxlamağa çalışacayıq”.
 
Qeyd edək ki, aparıcı beyin mərkəzlərinə mükafatların təqdim edilməsi bu ilin mayında Yaponiyanın paytaxtı Tokio şəhərində təşkil olunacaq. CESD Cənubi Qafqaz və Orta Asiyanı sözügedən tədbirdə təmsil edəcək.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org