Azerbaycan bu reytinqde MDB olkeleri arasinda birincidir

21:30 – xeber – Ümumdünya İqtisadi Forumunun 2016-2017-ci illər üzrə qlobal rəqabət qabiliyyətlilik hesabatında 138 ölkə arasında Azərbaycan 40-cı pillədən 38-ci pilləyə yüksəldilib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Ümumdünya İqtisadi Forumu ölkələrin reytinqini müəyyənləşdirən zaman üç subindeksdən istifadə edir ki, bura “əsas tələblər”, “səmərəlilik” və “innovasiya faktorları” daxildir.
 
Hesabata əsasən, Azərbaycan 2015-ci ildə olduğu kimi MDB dövlətləri, türkdilli ölkələr və BRİCS ölkələri (Çin Xalq Respublikası istisna olmaqla) arasında ən rəqabətli iqtisadiyyat kimi qiymətləndirilib. 2016-2017-ci illər üzrə qlobal rəqabət qabiliyyətlilik hesabatına istinadən qeyd edilir ki, dünya bazarlarında neft qiymətlərinin azalması fonunda neft ixracatçısı ölkəsi sayılan Azərbaycan və Rusiya Federasiyasının makroiqtisadi mühitində çətinliklər yaransa da, aparılan islahatlar nəticəsində sahibkarlıq mühitində və ticarətdə effektivliyin artırılması hər iki ölkənin iqtisadiyyatına müsbət təsir edib. Habelə, biznes mühiti üçün zərərli faktor sayılan korrupsiyaya qarşı mübarizədə Ümumdünya İqtisadi Forumu Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirib.
 
Subindikatorların tərkibinə əsasən, Azərbaycan Respublikasında sahibkarlığa başlamaq üçün prosedurlara görə 3-cü, sahibkarlığa başlamaq üçün tələb olunan vaxta görə 9-cu, qadınların əmək bazarında fəaliyyətinə görə 18-ci, makroiqtisadi mühitə görə 39-cu, investorların təhlükəsizliyi baxımından 36-cı, əhali arasında internetdən istifadəyə görə 33-cü, innovasiya fəaliyyətinə görə 44-cü və dövlət borcuna əsasən 41-ci yerdə qərarlaşıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org