17:39 – xeber – Mayın 18-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakıda Azərbaycan-Avropa İttifaqı biznes forumu keçiriləcək.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirə olunacağı biznes forumda Avropa İttifaqı ölkələrinin və Azərbaycan şirkətlərinin nümayəndələri ölkəmizdə və Avropa İttifaqı ölkələrində bizneslə məşğul olmaq imkanları ilə tanış olacaqlar.
Tədbir çərçivəsində müxtəlif panel müzakirələr və ikitərəfli görüşlər keçiriləcək.