Azerbaycan 14-cu defe EMİTT-de

20:41 – xeber – 28-31 yanvar tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən "EMİTT 2016" beynəlxalq turizm sərgisində Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyi təmsil edir.
 
Axar.az Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, bu məqsədlə Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov və Turizm sənayesi ilə iş sektorunun baş məsləhətçisi Cəmil Kəlbəliyevin iştirakı ilə nümayəndə heyəti səfərdədir. Ölkəmizi nazirliklə yanaşı, “Green Apple”, “The Tour”, “Gilan Tourism”, “Millennium Tourism”, “RVS Travel”, “Victory Tour”, “Atlas Travel” turizm şirkətləri, “Jumeirah Bilgah Beach Hotel”, “Rigs Hotel” mehmanxanaları və Azərbaycan Hava Yolları QSC təmsil edir.
 
Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 77 kv.m sahədə xüsusi layihə əsasında milli stend quraşdırılıb və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları təmin olunub.
 
2003-cü ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq on dördüncü dəfədir ki, “EMİTT” beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin bu il adıçəkilən tədbirdə ölkəmizlə yanaşı, 71 ölkədən 4500-ə yaxın şirkət təmsil olunur.
 
Bundan başqa, sərgi çərçivəsində yanvarın 29-da Türkiyə Səyahət Agentlikləri Birliyinin və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan və Türkiyənin turizm sənayesinin nümayəndələrinin iştirakı ilə işgüzar görüş (B2B) və ölkəmizin turizm potensialının təqdimatı keçiriləcək.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org