AZAL yeni brendini yaradir

11:25 – xeber – “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətin aşağı büdcəli istiqamətləri üzrə uçuşlar yerinə yetirəcək yeni “AZALJET” brendinin yaradılmasına dair planlarını elan edir.
 
Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, “AZALJET” brendi altında uçuşlar 2016-cı il 28 mart tarixindən etibarən Azərbaycan mülki aviasiyasının mövcud infrastrukturu əsasında yerinə yetiriləcək.
 
“AZALJET” brendi altında yerinə yetiriləcək reyslərdə baqajın daşınması və bortda qidalanma əlavə ödəniş müqabilində təklif olunacaq. Belə təcrübə 2015-ci ilin avqustundan qismən və 2016-ci il 1 fevral tarixindən isə tam miqyasda AZAL-ın bir sıra aviareyslərində uğurla tətbiq olunmağa başlayıb. Bununla əlaqədar olaraq, aviaşirkət bu sxem üzrə aviabiletlər təklif edəcək ayrıca brendin yaradılması haqqında qərar qəbul edib.
 
Son illərdə aşağı büdcəli aviaşirkətlər bütün dünyada məşhurluq qazanıb. Bu, aviadaşıma biznesinə “aşağı xərclər – aşağı tariflər – yüksək tələb – yüksək gəlir” formulu ilə ifadə olunan yanaşmadır.
 
“Azərbaycan Hava Yolları” özünün aşağı büdcəli brendini ayrıca struktura ayırdıqdan sonra, əvvəlki kimi həm baqajın daşınması, həm də tam çeşidli bort qidalanmasının daxil olduğu klassik aviareyslərini yerinə yetirməyə davam edəcək.
 
Bununla da, Azərbaycanın milli aviadaşıyıcısı bizim bazara maraq göstərən həm klassik, həm də aşağı büdcəli aviaşirkətlər ilə aviasiya bazarında səmərəli rəqabət etmək imkanı əldə edəcək. Məsələn, Azərbaycan Respublikasının regionlarına “Türk Hava Yolları”nın aşağı büdcəli brendi olan “Anadolu Jet” artıq uçuşlar yerinə yetirir və mart ayının sonunda Macarıstanın aşağı bücəli aviaşirkəti “WizzAir” tərəfindən Bakıdan Budapeştə uçuşlar bərpa ediləcək. Artıq digər aşağı büdcəli aviaşirkətlər, o cümlədən Türkiyənin “Pegasus” və “Atlasjet” şirkətləri də Azərbaycana uçuşlara maraq göstərir.
 
"Bu biznes-model müəyyən xidmətlərə qənaət edilməsini nəzərdə tutur ki, bu da, klassik aviaşirkətlər ilə müqayisədə qiyməti xeyli aşağı salmağa imkan verir. Bununla yanaşı, biz Azərbaycanın Milli aviadaşıyıcısının bütün reyslərində əvvəlki kimi təhlükəsizlik və xidmətin yüksək səviyyəsinə zəmanət veririk", – deyə AZAL QSC-nin Prezidenti Cahangir Əsgərov bildirmişdir.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org