"Azad seks isteyirsinizse…" – Murad Arif

21 Sentyabr 2016 17:57 – xeber –
"Dünyanın başına hava gəlib. Xarici səhifələrdə, hər yerdə müharibə şəraitində ölən uşaqlardan çox, kişi kimi yaşamaq istəyən qadınların və qadın kimi yaşamaq istəyən kişilərin təəssübünü çəkən dünya ulduzlarını görürəm. "Bərabərlik" söhbətləri artıq iyrəncdir".
Olkem.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif yazıb. 
Sənətçi eynicinslilərin nikahına qarşı olduğunu bildirib:
"Ona görə yox ki, kiminsə hüquqlarını danıram. Bilirsiniz ki, şou-biznes əhli olmaq mütəmadi şəkildə ən müxtəlif və "rəngbərəng" sənətçilərlə səmimi ünsiyyətdə olmaq deməkdir. İnsandılar, hər kəsin öz həyatı, öz qaydaları var. Burun soxmağa tərbiyəm yol verməz. Həm də Freddie Mercury, Oskar Uald, Çaykovski, Da Vinçi kimi dahiləri necə sevməyəsən? 
Amma bu ümumdünya təbliğatı ona görə iyrəncdir ki, sanki, sivil ölkədə yaşayan kişilərin rahatca kalqotka geyinmək hüquqları, acından, susuzluqdan ölən afrikalı, çirkab içində böyüyən, dilənən hindistanlı, zülmlə qırılan müsəlman körpələrin hüquqlarından üstündür. Elə bil diqqət yayındırırlar. Doğrudanmı, geylərin bərabərlik prinsipləri körpə qırğınından önəmlidir? Doğrudanmı, o göyqurşağı bayraqların təbliğatı planetin real ekoloji dərdlərindən önəmlidir? Bu nə isterikadır? Eynicinsli nikahlar ailə institutlarının təməl prinsiplərini dağıtmırmı? "Sevgi paylaşmaq" bəhanəsiylə bir uşaq 2 kişiyə "mama" və "papa" deməlidirmi?
Növbəti addım nədir? İnsest – bacı qardaşla, ana oğulla evlənəcəkmi? Zoofiliya – heyvanlarla cinsi əlaqə təbliğ olunacaqmı? Yoxsa sırada pedofiliyadır? Axı "azad seks" istəyirsinizsə, bu "azadlığı" hara qədər istəyəcəksiniz? 
Hardadır dünyanı barışa, sülhə, sevgiyə səsləyən ulduzlar? Hardadır mənəviyyata işləyən kliplər? Hara baxırsan, hamı öpüşür, bədənini açır… Şüarınız "Love wins" olsa da, sizdən "sevgi" duyulmur… Çox abartdınız!
Heç kəsin orientasiyasını mühakimə etmirəm. Əsla! Mən bu təbliğatın əleyhinəyəm".

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org