Azad Rehimov Zabit Semedovu qebul edecek

31 Dekabr 2015 18:28 – xeber –
Gənclər və idman naziri Azad Rəhimov peşəkar kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu, müxtəlif Qran-prilərin qalibi Zabit Səmədovu qəbul edəcək.
Olkem.az "Report"a istinadən bildirir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev Z.Səmədovu qəbul etməsi xahişi ilə A.Rəhimova müraciət edib. Sadəcə, nazir rəsmi məzuniyyətdə olduğundan, görüşün yanvarın 12-dən sonra keçirilməsi planlaşdırılıb.
S.Məmmədova bildirib ki, Gənclər və İdman Nazirliyinə və nazir Azad Rəhimovun adına Çeçenistandan Zabit Səmədovun bir neçə gün öncə iştirak etdiyi döyüşlə bağlı dəvət məktubu gəlməyib: "Ola bilsin, hansısa texniki səbəbdən, məktub çatmayıb. Amma təbii ki, onun uğuru bizi çox sevindirir. Səmədov Azərbaycan idmançısıdır və ölkəmiz adından döyüşür. Amma onun qatıldığı yarışlar sırf kommersiya xarakteri daşıdığından, biz bir dövlət qurumu olaraq, maliyyə dəstəyi göstərə bilmirik".
Qeyd edək ki, Zabit Səmədov "Report"a müsahibəsində Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kikboksinq Federasiyası tərəfindən ona lazımi dəstəyin verilmədiyini açıqlayıb.

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org