“Aysenin uzunu de gormemisem” – Video

15:39 – xeber – Şeir yazmağım hobbidir. Yazmışam, bəstəkarın xoşuna gəlib, musiqi bəstələyib, xanəndəyə təqdim edib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov Teleqraf.com-a geniş müsahibəsində yaradıcılığı ilə bağlı danışarkən deyib. O bildirib ki, mahnıya qulaq asıb və çox xoşuna gəlib:
 
“Öz məhsulu adamın xoşuna gəlir. Özünün əkdiyi ağac bar verəndə bağban, əlbəttə, sevinir. Şeir yeni deyildi, Tahir Əkbərin xoşuna gəlib, mahnı yazıb, Ayşən kimi gözəl xanəndəyə veribsə, buna ancaq şad olmaq olar”.
 
T.Əhmədov şair olmadığını da vurğulayıb:
 
“Mən şair deyiləm. Xətrini ən çox istədiyim şair dostum Nəriman Həsənzadə ilə söhbət edəndə deyirəm ki, sənin 10 cildliyini görəndə özümə şair deməyə xəcalət çəkirəm. Cızma-qara eləməklə şair olmaq mümkündüsə, onda Azərbaycanda başdan-ayağa hamı şairdir ki… Çünki bizdə şeir yazmayan yoxdur”.
 
T.Əhmədov şeirlərinə yazılan çoxsaylı mahnılardan da danışıb: “Allah rəhmət eləsin, Ramiz Mirişli ilə bir çox mahnılarım var. Rauf Məmmədov, Zamiq Əliyevlə də çox işbirliyimiz olur, Səyyad Əlizadə ilə mahnımız var. Bunlar müzakirədən keçir. Məsələn, Tahir Əkbəri heç yaxından tanımıram, Ayşənin üzünü də görməmişəm, mənə deyəndə baxdım şeir mənimkidir, oxuyub. “Ana” şeiridir, vaxtilə yazmışam. Orada belə bənd var:
 
Ana əvəzedilməz,
Ana qəlbdən silinməz.
Övlad üzü gülməzsə,
Ananın üzü gülməz.
 
Bu bir aforizmdir, xalq bayatısına da gedib çıxır. Çox sağ olsun, bəstəkarlar şeirlərimə müraciət edirlər. Yeni Azərbaycan Partiyasında bu gün mən işləyirəm, sabah başqası işləyə bilər, universitetdə bu gün mən dərs deyirəm, necə ki mənə dərs demişdilər, sabah başqası tədris işi aparacaq. Ancaq yaradıcılıq belədir ki, əbədi olaraq qalır. Kimlərinsə yaddaşında yaşayacaq, nəsildən-nəslə ötürüləcək. Mənim nəvələrim gələcəkdə mənimlə fəxr edəcək ki, babamız Heydər Əliyevlə, İlham Əliyevlə bir yerdə işləyib, dövlət quruculuğuna öz bilik və bacarığı ilə töhfə verib”.
 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org