Aygunden İlhameye sert cavab: "Bedbext anasini doyen ve ona isgenceler verendir" (FOTO)

3 Fevral 2016 14:19 – xeber –
İlhamə Quliyevanın Aygün Kazımovaya "bədbəxt" deməsi xalq artistini özündən çıxarıb.
Aygün Kazımova məsələ ilə bağlı Olkem.az-a açıqlama verib. O, İlhamə Quliyevanı anasını döyməkdə ittiham edib: "İlhamə Quliyeva, bədbəxt sizin bəlli olmayan nəslinizdir! Anasını hər gün döyən axırıncı dəfə elə döydü ki, yazıq arvad pilləkanlardan yıxıldı, ayağı sındı. Heç sağalmadı da. Elə ondan sonra da rəhmətə getdi. Bəs bilmirdin ki, bir gün sənin də ayaqların tutulacaq?! 5 metr yeriyə bilmirsən ee. Anasına deyirdi ki, ağla, ağla efirdə, qışqırırdı üstünə. Ağla ki, bəlkə, prezident sənə ev verdi". 
Aygün Kazımova İlhamə Quliyevanın "onun ağlı başında deyil" sözünə də reaksiya verib:
"Ağlı başında olmayan isə sənin oğlun kimi hamıya tanıtdığın oğulluğun Orxandır. Narkotik, psixotrop maddələrin satışı və yayımı ilə məşğul olan oğlun. Neçə müddət öncə tutulan və bu yaxınlarda yenə hava limanında saxlanılıb bölməyə gətirilən oğulluğunuzdur. İlhamə Qarabulaqlı soyadı ilə Qarabulaqda asılan plakatınız və adam oğurluğu ilə həbs olunan Hacı Məmmədov adlı yaxın dostunuzu, deyəsən, yaddan çıxartmısınız. Həəə? Bəlkə, elə bu işlərdə sizin də əliniz olub? Yaxın dostunuzun adı da o siyahıda idi. Oğurlananlar siyahısını da unutmusunuz? Qocalıq əlamətidir. Yadına daha geniş müsahibəmdə salaram".
Xatırladaq ki, İlhamə Quliyeva AzNews.az-a açıqlamasında Aygün Kazımovanı "bədbəxt qadın" adlandırmışdı: "Mən həmişə onu dəstəkləmişəm, yazıq, bədbəxt bir qadındır, ona yazığım gəlir. İnanmıram ki, onu Aygün yazıb. Bəlkə, yuxulu olub? Bəlkə, onun adından yazıblar? Yəqin, özündə olmayıb. O, özündə olmur, bilmir ki, nə danışır". 
Qeyd edək ki, Aygün Kazımova İlhamə Quliyevanın Hacı Məmmədovla fotosunu da redaksiyamıza təqdim edib.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org