Aygun Kazimovaya qarsi texribat hazirlanir

00:35 – xeber – Müğənni Aygün Kazımova bu gün qonaq olduğu radio verilişlərindən birində ona olunan təxribatlardan danışıb.
 
Publika.az xəbər verir ki, müğənni bu təxribatların hələ illər əvvəl start götürdüyünü xatırladıb:
 
“İllər əvvəl layihələrimdən birinin təqdimat mərasimi idi. Birdən qarşıma  çılpaq xanımların şəklini qoydular. Şəkillərdən birinə mənim başımı qoymuşdular. Montaj işi təzə başlayırdı. Şəkillərə baxıb təəssüfləndim ki, heyif, bu, mənim bədənim deyil. Xanımların çox gözəl bədəni var idi. Bu yaxınlarda isə qızımla bağlı xəbər çıxartdılar. Guya qızımın çılpaq rəqs etdiyi video yaydılar. Baxanlar da yazırdı ki, bu, axı qadın bədəni deyil”.
 
A.Kazımova belə təxribatların davamı olacağını da deyib: “Hələ bu yaxınlarda bir xəbər də çıxacaq. İndidən deyim, media işçiləri bilsin. Bir qrup mənə qarşı təxribat hazırlayır. Guya üzdəniraq qonşularımız ilə şəkil çəkdirmişəm. Bir onu deyim ki, erməniyə güllə atan, erməni ilə dostluq etməz. Amma bu xəbər də bu yaxınlarda çıxacaq. Mən belə şeylərə gülürəm. Başa düşürəm ki, “Aygün” sözünün sinonimi “gündəm”dir, “reytinq”dir, reklamdır. Bu xəbəri çıxardan insanların halına acıyıram”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org