29 Dekabr 2015 10:29 – xeber –
Xalq artisti Aygün Kazımova mükafata layiq görülüb.
Olkem.az xəbər verir ki, Aygün Kazımova Azərbaycan Güləş Federasiyasının fəxri diplomuna layiq görülüb.
Mükafatı təqdim edən AGF-nin baş katibi Əjdər Həmidov xalq artistinin Naxçıvanda keçirilən Heydər Əliyev adına beynəlxalq turnirdə iştirakını xüsusilə vurğulayıb.
Fəxri diploma layiq görülən Aygün Kazımova Olkem.az-a açıqlamasında bu diplomun onun üçün çox dəyərli olduğunu bildirib:
"Heç vaxt nəyinsə naminə iş görməmişəm. Mən son nəfəsimə qədər Azərbaycan bayrağı altında çıxış edən bütün idmançılarımıza dəstək olacam. Naxçıvanda keçiriləcək Heydər Əliyev adına kubok uğrunda yarışın olacağını eşidəndə Türkiyə layihəmi təxirə saldım. Mən özüm də idmançı olmuşam. İdman mənim həyatımın ayrılmaz hissəsidir. İdmançılarımıza dəstək olmaq üçün bütün layihələrimi təxirə salmağa hazıram".
mənbə : milli.az