"Ayfon"lari robotlar istehsal edecek

– xeber – "Əpl" və "Samsunq" məhsullarının istehsalçısı olan Çinin Fakson ("Foxconn") şirkəti 60 min işçisini robotlarla əvəz edəcək.

 

ANS-in məlumatına görə, telefonları işçilərin yerinə robotlar istehsal edəcək. 

 

Çinin Kunşan şəhərinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Şu Yulian robotların fəaliyyətə başlaması ilə artıq işçilərin sayının 110 mindən 50 minə düşdüyünü söyləyib.

 

Faksonn rəhbərliyi bir çox istehsal fabriklərində robotlardan istifadə etməyə başladıqlarını təsdiqləyib.

 

"Daha əvvəl işçilərimiz tərəfindən aparılan və təkrara əsaslanan işləri robotlar və digər yaradıcı istehsal texnikaları ilə həyata keçiririk. Treninqlərin köməyi ilə əməkdaşlarımızı istehsal müddətində araşdırma, inkişaf etdirmə, proses və keyfiyyətə nəzarət kimi yüksək əlavə dəyərli sahələrə yönəldirik. İstehsal fəaliyətimizdə texnika və insan əməyindən də yararlanmağa davam edəcəyik", – deyə şirkətdən bildirilib.

2014-cü ildən bu yana Çinin Quandun əyalətindəki Donquan şəhərində 505 fabrikdə robot texnologiyasına 630 milyon dollar sərmayə qoyulub. "Deloitte"un Oxford Universiteti ilə birlikdə apardığı tətqiqat nəticəsində məlum olub ki, yaxın 20 ildə dünyada robotların fəaliyyətə başlaması nəticəsində 35% insan işsiz qalacaq.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org