Ayfon-7-nin qiymeti belli oldu

23:03 – xeber – "Əpl" şirkətinin sentyabrda təqdimatını keçirilməsi nəzərdə tutulan 3 yeni "Ayfon" modelinin qiyməti məlum olub.
 
ANS-in məlumatına görə, adının açıqlanmasını istəməyən şirkətə yaxın mənbədən bildirilib ki, Ayfon-7 Pro modelinin qiyməti onun yaddaş tutumundan asılı olaraq dəyişəcək.
 
Ən mükəmməl versiya hesab edilən Pro modelinin 32 QB yaddaş tutumuna malik olan telefonu 7088 yuan (1612 manat), 128 QB yaddaş tutumuna malik olanı 7888 yuan (1792 manat), 256 QB yaddaş tutumu olanı isə 8888 yuan (2016 manat) civarında olacaq.
 
Ayfon-7 və Ayfon-7 Plus modellərinin qiymətinin isə əvvəlki nəsil telefonların ilkin satış qiyməti civarında olacağı bildirilib.
 
Bundan başqa, yeni Ayfon-7 modelində qulaqcıq deşiyinin olmaması söz-söhbətə səbəb olsa da, şirkətin öz niyyətindən əl çəkmədiyi məlum olub.
 
Etirazlara baxmayaraq telefonların dizaynının dəyişməyəcəyi deyilir. İstifadəçilər qulaqcıqları mobil vasitəyə "Lightning", yaxud da "Bluetooth" vasitəsi ilə qoşa biləcək.
 
"Əpl"in üzərində çalışdığı yeni Ayfon-7-nin ən böyük dəyişikliyindən biri də onun su keçirməyən bir sistemə sahib olmasıdır.
 
Mənbə onu da bildirib ki, yeni Ayfon-7 modellərində iOS 10 sistemi tətbiq ediləcək.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org