Aydin Eliyev Filippinde gomruk layihelerinden danisdi

16:16 – xeber – Sentyabrın 28-də Filippin Respublikasının Manila şəhərində Ümumdünya Gömrük Təşkilatının Gömrük sahəsində Akademik Araşdırma və İnkişaf üzrə Tərəfdaşlıq Proqramının (PICARD) 11-ci illik Konfransı çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə Filippin Respublikası Maliyyə nazirinin müavini xanım Antonett Tionko arasında ikitərəfli görüş keçirilib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ölkəmiz və Azərbaycan gömrük xidməti haqqında ətraflı məlumat verib.
 
Komitə sədri bildirib ki, 25 il əvvəl yaranmasına baxmayaraq Azərbaycan gömrüyü sürətli inkişaf yolu keçib. Tarixi “İpək Yolu” üzərində yerləşən Azərbaycanın şimal-cənub, şərq-qərb ticarət dəhlizlərini  özündə birləşdirdiyini vurğulayan Komitə sədri ölkəmizin tranzit yükdaşımalarındakı rolundan, bu istiqamətdə Azərbaycan gömrük xidmətinin həyata keçirdiyi lahiyələrdən, ticarətin sürətləndirilməsi və asanlaşdırılması istiqamətində atdığı addımlardan, son illərdə həyata keçirilən islahatlardan ətraflı bəhs edib.
 
Aydın Əliyev Dövlət Gömrük Komitəsinin Hədəf mərkəzi və informasiya texnologiyalarının  gömrük sistemində tətbiqi barədə də qarşı tərəfi ətraflı məlumatlandırıb.
 
Filippin Respublikasının  Maliyyə nazirinin müavini xanım Antonett Tionko Azərbaycan nümayəndə heyəti ilə görüşdən məmnunluq duyduğunu ifadə edib. Azərbaycan gömrük xidmətində həyata keçirilən islahatların və inkişaf lahiyələrinin onda böyük maraq doğurduğunu ifadə edən xanım Tionko ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən gömrük sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinin, qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org