Avtomobil bazarinda keskin ucuzlasma

10 Yanvar 2016 21:45 – xeber –
Maşın bazarına üz tutanların sayı kəskin azalıb.
Olkem.az ANS TV-yə istinadən bildirir ki, Bakının avtomobil bazarında  “ikinci əl” maşınların qiyməti azalıb.
Onların qiymətləri son günlərdə ciddi surətdə düşüb. Bazardakı satıcıların sözlərinə görə, hazırda avtomobil bazarında durğunluq hiss olunur.
Qiymətlər düşsə də, insanlar avtomobil almağa tələsmirlər.
“İnsanlarda maşın almağa maraq qalmayıb. Təzə maşınların qiyməti qalxıb, işlənmiş maşınları qiyməti isə aşağı düşüb. Buna baxmayaraq alıçı qabiliyyəti yoxdur. Bir iki alıçı gəlir ki, məhz onlarda qiyməti aşağı olan “ikinci əl” avtomobillərlə maraqlanırlar”, – deyə satıcı Müşviq Abdullayev bildirib.
Misal üçün, Azərbaycanda daha populyar olan Almaniya və Yaponiya istehsalı “ikinci əl” avtomobillər 3 min ABŞ dolları civarında ucuzlaşıb.
Ehtiyat hissələrinin ucuz olması və yanacağı qənaətlə işlətməsi səbəbindən alıcıların Koreya maşınlarına marağı artıb.
Bazarda apardığımız müşahidələr zamanı bir maraqlı məqama da rast gəldik. Əgər əvvəl avtomobillərin kreditlə satışına maraq yox idisə və banklar buna getmirdisə, indi kreditlə satış təklifləri çoxalıb.
Bazardakı durğunluğu bu yolla aradan qaldırmağa çalışan satıcılar 25-30%-lik ilkin ödənişlə kreditləşmə təklif edirlər.
Proqnozlara görə, işlənmiş avtomobillərin qiymətləri düşməkdə davam edəcək. Çünki öz maşınını satmaq istəyən çoxdur, alıcılar isə azalıb.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org