Avropanin nufuzlu nesrleri Trampa neler yazmadi…


[r32]
– xeber –
Avropanın bir çox nüfuzlu mətbuat orqanları Trampın Qüds qərarının tənqid olunduğu layihənin BMT Baş Assambleyasında qəbul edilməsi məsələsini geniş işıqlandırıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Avropanın nüfuzlu nəşrləri Avropanın Trampın təhdidlərinə boyun əymədiyini ön plana çəkib.
Almaniya mətbuatı ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin fotosundan istifadə edərək “Mafia metodları” ifadəsindən istifadə edib. BMT Baş Assambleyasında Qüdslə bağlı qəbul edilən qərar “Təhdidlərə baxmayaraq, verilən qərar” kimi təqdim olunub. Qərarın simvolik xarakter daşıdığını bildirən “Velt” qəzeti isə “Almaniya da Trampın Qüds qərarını qınadı” başlığından istifadə edib.
İngiltərənin BBC telekanalı “BMT qərarı, Trampın Qüds bəyanatını rədd edir” başlığından istifadə edib. “Skay Nyus” yayımladığı xəbərdə Trampın qərarın lehinə səs verəcək ölkələri yardımları dayandırmaqla təhdid etdiyi vurğulayıb.
İsveçrənin “Blik” qəzeti ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarının ləğv edilməli olduğunu yazıb. “Blik” həmçinin dərc olunan yazıda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun fikirlərinə də yer ayırıb.
Macarıstanın “Maqyar Nemzet” qəzeti “Dünya Trampın şantaj etməsinə izn vermədi” başlığı ilə xəbəri oxucularına çatdırıb.
Fransanın nüfuzlu “Frans Press” agentliyi qərarın qəbul edilməsinə baxmayaraq, Trampın təhdidlərinin bir sıra ölkələrə təsir göstərə bildiyini və 35 ölkənin bitərəf qaldığını, 20 ölkənin isə ümumiyyətlə səsvermədə iştirak etmədiyini vurğulayıb. “Le Fiqaro” nəşri isə beynəlxalq arenada ABŞ-ın yalnızlaşdığını qeyd edib.
İtaliyanın “La Repubblica” qəzeti qərarı “BMT Baş Assambleyasından Trampa sillə” kimi təqdim edib.
Serbiyanın “Politika” qəzeti “ABŞ və İsrail BMT-də məğlub oldu” başlığından istifadə edərək hadisəni işıqlandırıb.
Belçikanın “De Standard” nəşri isə Qüdslə bağlı BMT səsverməsini Fələstinin qələbəsi kimi qiymətləndirib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org