Avropani ereb isgalindan xilas eden Turk


[r32]
– xeber –
700-715-ci illər arasında hökm sürən Birinci Bulqar dövlətinin ikinci xanı Tervel xan ərəblərin İstanbul mühasirəsində ərəblərə qarşı qələbə qazandığı üçün Avropanın qurtarıcısı ləqəbi ilə tanınıb. Antarktikada yerləşən Livinqston adasında Tervel təpəsi onun şərəfinə adlanıb.
Kult.az xəbər verir ki, bu məlumatı siyasi elmlər üzrə fəlsəfə doktoru. dosent Zaur Əliyev paylaşıb. Alim bildirib ki, ərəblər Avropada qədim abidələri və məbədləri dağıtmaq istəyirdilər:
“Xan Tervel onların qarşısına azsaylı ordu ilə çıxmış və onları məğlub etmişdi. Dəfələrlə ona məktub yazan ərəblər Xan Terveli islama dəvət etsələr də, “mənim bir Tanrım var, o da Göy Tanrıdır" cavabını vermişdi. Papa ona Avropanı və Bizansı qurtardığına görə təşəkkür məktubu yazmış və onu Vatikana dəvət etmişdi. Xan Tervel ona cavab yazmışdı ki, onun davası dini dava deyil, regionda yaşayan xalqların təhlükəsizliyidir. Vatikana getməkdən imtina edən Xan Tervelə bu gün də avropalılar hörmətlə yanaşırlar”.
Alim qeyd edib ki, Avropada yəhudiləri, yunanları, almanlar və digər xalqları ərəb zülümündən azad edən Xan Tervel öz dövlətini türk qanunları ilə idarə edirdi:
“Onun sarayında türklərə aid ənənələr qalırdı. Bugünkü Qüdsdə, İstanbulda və Avropada məbədlərin ərəblər tərəfindən dağılmamasının səbəbi məhz xanlar xanı Tervel idi.
Xan Tervelin ən yaxın müttəfiqi Azərbaycan ərazisində böyük imperiyası olan Xəzər xaqanlığı idi. Onlar birgə hərəkət edir, döyüşlərdə bir-birlərinə yardım edirdilər. Xan Tervelin ölümündən sonra Bulqarla Xəzərlər arasında narazlıqlar yaranmışdı. Buna baxmayaraq, Azərbaycanda türk dövləti olan Xəzərlərlə bulqarlar arasında qohumluq əlaqələri davam etmişdir.
Xan Tervelin "Göy Tanrısı məni türklərə xidmət etməyə güc verdi" sözünə bir çox əsərlərdə rast gəlinir”.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org