Avropada balans pozulur: Belqrad raket alir

15:45 – xeber – Belqrad Moskvadan yeni raket əleyhinə müdafiə sistemləri almaq istəyir.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Kommersant” qəzeti yayıb. Qəzet Serbiyanın bu addımı atmasına Balkanlarda balans yaratmaq istəyinin səbəb olduğunu bildirib:
 
“Belqrad Moskvaya Xorvatiyanın ABŞ-dan MGM-140 ATACMS taktiki raket qurğuları almaq istəməsini bəyan etdikdən sonra müraciət edib. Bu raket qurğuları vasitəsilə 300 kilometr məsafədəki hədəfləri məhv etmək mümkündür. Serb hərbçiləri hesab edir ki, bu addım Balkanlarda hərbi balansı pozacaq. Üstəlik, Belqrad onları NATO-ya çağıran qüvvələrin belə bir addım atacağını gözləmirdilər. Artıq Serbiyanın müraciəti xüsusi komissiya tərəfindən incələnir və bu işlər yanvarın sonuna qədər davam edəcək. Serb hərbçilər orta mənzilli Buk, Tor və kiçik mənzilli Pantsir-S1 raketdən müdafiə sistemləri ilə maraqlanıb. S-300-lərə gəlincə isə Baş nazirin müavini Dmitri Roqozinin Belqrada səfəri zamanı bu məsələyə toxunulmayıb. Serblər hələlik böyük pullar xərcləmək niyyətində deyillər. Raketdən müdafiə sistemləri ilə yanaşı, Moskvadan 10 ədəd  MiQ-29, 11 ədəd MiQ-21 və J-22 Orao qırıcılarının alınması planlaşdırılır”.
 
Qeyd edək ki, bundan öncə Rusiya Baş nazirinin müavini Dmitri Roqozin Serbiyaya səfər edib. Səfər zamanı tərəflər arasında hərbi əməkdaşlıq müzakirə olunub. Roqozin Serbiyanın Baş naziri Aleksandr Vuçiçə S-300 zenit raketinin maketini hədiyyə edib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org