Avropa olkesinden Turkiyeye destek: "Qerar duzgun deyil"


[r32]
– xeber –
Suveren ölkənin daxili işlərinə müdaxilə etmək yolverilməzdir. Bu baxımdan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı qəbul etdiyi qərar düzgün qərar deyil.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu fikri Azərtac-a müsahibəsində Bosniya və Herseqovinanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Milisa Markoviç söyləyib.
Milisa Markoviç bildirib ki, baş verənlər bəzi dairələrin Türkiyə ilə bağlı xüsusi maraqlarının olduğunu göstərir. Əvvəllər bir çox üzv ölkələrdə böyük problemlər olub. Həmin ölkələrdə baş verən hadisələr daha çox təcili debatlara ehtiyacı olan məsələlər idi. Ancaq Avropa Şurası bu məsələlərə fikir vermirdi, laqeyd qalırdı. Türkiyədəki bugünkü vəziyyət isə təcili debatlar tələb etmir.
Deputat 2007-ci ildən AŞPA-dakı nümayəndə heyətinin tərkibində olduğunu, hələ o vaxtdan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qurumun hər hansı konkret addımlar atılmasına dair istəklərini görmədiyini, assambleyanın həmişə bu münaqişə ilə bağlı neytral, laqeyd münasibət sərgilədiyinin şahidi olduğunu bildirib və bunu ikili standartlar adlandırıb. O vurğulayıb ki, AŞPA-da bir çox parlamentarilər qurumun davranışından narazıdır. Assambleyanın sessiyaları keçirilir, amma hər dəfə sessiyadan sonra bir çox məsələlərin qaldığının, həllini tapmadığının şahidi oluruq ki, bu da çaşqınlıq yaradır.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org