Avropa olkelerinin polisi: "Miqrantlar qadinlara tecavuz edirler" (FOTO)

9 Yanvar 2016 11:08 – xeber –
Almaniyanın Köln şqəhərinin polis rəisi, 60 yaşlı Volfqanq Albers Yeni İl gecəsi dəmiryol vağzalının qarşısındakı meydanda miqrantların qadınlara kütləvi hücumları ilə bağlı qalmaqaldan sonra istefa verib.
Olkem.az Bild-ə istinadən bildirir ki, bunu Şimali Reyn-Vestfaliya əyalətinin DİN başçısı Ralf Yeger söyləyib.

"Köln şəhər polisinin iş qabiliyyətinin və cəmiyyətin etimadının bərpasına ehtiyac duyulur",  – R.Yeger söyləyib.
Kölner Stadt-Anzeiger-in məlumatına görə, cəmi iki gün əvvəl Albers istefa verməyəcəyini demişdi.
Almaniyanın baş naziri Angela Merkel Deutsche Welle-yə verdiyi açıqlamasında ölkəyə miqrant axınlarına nəzarətin gücləndiriləcəyini söyləyib.
Die Welt bildirir ki, Köln şəhərində qadınlara hücumlarla bağlı 31 miqrant saxlanılıb. Onların 9 nəfəri Əlcəzair, 8 nəfəri Mərakeş, 4 nəfəri Suriya, 5 nəfəri İran vətəndaşlarıdır. Saxlanılanlar arasında Almaniya, Serbiya, ABŞ vətəndaşları da var.
Köln prokuroru Benedikt Korntsun dediyinə görə, zorakılıq, təcavüz və hücum halları ilə bağıl artıq 170 qadından şikayət daxil olub.
Welt am Sonntag bildirir ki, Yeni İl gecəsi Köln şəhər dəmiryol vağzalının qarşısında içib sərxoş olan miqrantlar qadınlara hücum etmişdilər. 18 qadın döyülüb, iki qadına təcavüz olunub.
Almaniyanın Hamburq, Ştutqart şəhərlərində də miqrantların qadınlara hücumları qeydə alınıb.
Avropa Birliyi ölkələrinə axışan miqrantlar yeni problemlər yaradıblar. İsveç, Finlyandiya, Almaniya, Avstriya və İsveçrədə miqrantların təcavüzünə məruz qalan, zorlanan və ya döyülən qadınların sayı sürətlə artır.
Olkem.az European-a istinadən bildirir ki, İsveçin Kalmar şəhərində 15 gənc qadın polisə şikayətlənərək miqrantların onları zorlamaq istədiklərini söyləyiblər.
Finlyandiya polisi də belə müraciətlərin sayının artdığını vurğulayıb.
Avstriya və Almaniyada isə polis qadınlara məsləhət görüb ki, küçəyə çıxanda başlarını bağlasınlar, axşam saatlarında küçə və meydanları tək dolaşmasınlar.
Almaniyanın 5 şəhərində polis Yaxın Şərq və Şimali Afrika ölkələrindən olan miqrantların qadınlara qarşı zorakılığı ilə bağlı 150 şikayəti araşdırır.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org