10:08 – xeber – Bu gün futbol üzrə Avropa Liqasının finalçıları müəyyənləşəcək.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, finala vəsiqə uğrunda iki İspaniya, İngiltərə və Ukrayna klubu mübarizə aparır.
İngiltərənin “Liverpul” klubu doğma meydanda “Vilyarreal”ı qəbul edəcək. İlk görüşdə 1:0 hesablı qələbə qazanan İspaniya təmsilçisinə qalib gəlmək üçün ingilislər qapısını toxunulmaz saxlamaq şərti ilə 2 qol vurmalıdır.
Digər oyunda isə “Sevilya” İspaniyada Ukrayna “Şaxtyor”unu qəbul edəcək. Meydan sahiblərinə finalda iştirak etmək üçün qolsuz və minimal hesablı heç-heçə də kifayət edir.
Qeyd edək ki, final görüşü mayın 18-də keçiriləcək.