Avropa cempionatinin loqosu teqdim edildi

00:01 – xeber – Bu gün Bakı Olimpiya Stadionunda UEFA Avro-2020-nin ev sahibi şəhərlərindən biri olan Bakının loqosunun təqdimat mərasimi keçirilib.
 
Axar.az Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki,  tədbirdə UEFA-nın prezidenti Aleksander Çeferinin rəhbərlik etdiyi nümayəndə heyəti, AFFA-nın rəhbərliyi, Avro-2020-nin Bakı şəhərində keçiriləcək oyunlarının Təşkilat Komitəsinin sədri, baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, tədbirin xüsusi qonağı, dünya futbolunun tanınmış simalarından biri, Avro-1988-in qalibi, hollandiyalı futbol ulduzu Ruud Qullit  və digər rəsmi şəxslər iştirak ediblər.
 
Mərasimin aparıcıları tərəfindən çıxış üçün səhnəyə ilk olaraq Təşkilat Komitəsinin sədri, baş nazirin birinci müavini Yaqub Eyyubov dəvət olunub. Sonra UEFA-nın prezidenti Aleksander Çeferin çıxış edib.
 
Ardınca, indiyə qədər keçirilmiş Avropa çempionatlarının maraqlı məqamlarını əks etdirən qısa videoçarx nümayiş olunub. Ruud Qullitin çıxışından sonra mərasim iştirakçıları Avro-2020-nin oyunlarının ev sahibliyinə iddia irəli sürülərkən AFFA-nın sifarişi ilə hazırlanmış videoçarxı izləyiblər.
 
Tədbirin sonunda səhnəyə dəvət olunan akrobatların maraqlı çıxışının müşayiəti ilə UEFA Avro-2020-nin ev sahibi şəhərlərindən biri olan Bakının loqosu təqdim olunub.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org