ATV-cilerin doyulduyu cekilis efire verildi – Video

00:38 – xeber – 2016-06-12 21:22:00
 
ATV-nin “Yoxlama” verilişinin efirdən çıxarıldığı deyilən qalmaqallı buraxılışı bu gün yayımlanıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, 13 iyun tarixində, saat 23:23-də “Yoxlama” verilişinin, Şamaxıda çəkiliş zamanı zorakılıqla üzləşməsi səhnəsi də daxil olmaqla, tam buraxılışı efirə verilib. Verilişin aparıcısı Azər İsmayılov ictimaiyyətə və mediaya səslənərək, bir çox qaranlıq suallara da cavab verməyə çalışıb.
 
Xatırladaq ki, iyunun 4-də saat 19 radələrində “Yoxlama” layihəsinin əməkdaşları – Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə ilə Şamaxıda çəkiliş apardıqları “Şamaxı” yeməkxanasında məkanın sahibi Hüseyn Allahverdiyev və qohumu Elşad Osmanov arasında münaqişə baş verib. Nəticədə ATV telekanalının əməkdaşları fiziki təzyiqə məruz qalıb.
 
Restoran sahibi və yanındakılar çəkiliş qrupuna hücum ediblər. Onlar "Yoxlama"çıları zorla restorandan çıxarmağa çalışıblar. Bu zaman söyüş və təhqiredici ifadələr də eşidilib. Nəticədə verilişin rejissoru Elgün Bayramlı xəsarət alıb.
 
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 163.1 (Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma) və 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibb ekspertizaları təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
 
Verilişin efirdən çıxarıldığı barədə xəbəri isə Gununsesi.info yaymışdı. ATV-nin adının çəkilməsini istəməyən əməkdaşına istinadla bildirilirdi ki, buraxılışın məzmunu jurnalistikanın prinsiplərinə uyğun gəlməyib və telekanal rəhbərliyi ictimai rəyin ATV-nin əleyhinə olduğu indiki məqamda bu verilişin efirə getməsini məqsədəuyğun saymayıb.
 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org