Atillanin neyi pisdir?

6 Yanvar 2016 12:47 – xeber –
"Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında hazırlanmış Azərbaycan dilində şəxs adları lüğətinə daxil edilən adların 80 faizi türk mənşəlidir. Yerdə qalan ərəb və fars mənşəli adlardır". Bunu APA-ya açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
O bildirib ki, Azərbaycan dilində şəxs adları lüğətinə daxil edilən adların hər birinin izahı, mənası verilib.
 
Sədr müavini əlavə edib ki, ümumiyyətlə, son illərdə ölkədə doğulan uşaqlara türk mənşəli adların qoyulması halları artıb: "Xalq artıq tarixi köklərə qayıdır. Atilla və ya Alparslan adlarının uşaqlara qoyulmasının nəyi pisdir axı?!"
 
S.Sadıqova qeyd edib ki, lüğət çap olunandan sonra "ASAN xidmət" mərkəzlərinə göndəriləcək.
 
Qeyd edək ki, şəxs adları lüğətinə 5000-ə yaxın ad daxil edilib. Yeni şəxs adları lüğəti hazırlanarkən Nazirlər Kabinetinin 12 may 2011-ci il 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları" rəhbər tutulub. Həmin Qaydaların 1.4-cü bəndində qeyd olunub ki, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org