ATET PA-da Qarabag meselesi qaldirilacaq

10:57 – xeber – Dağlıq Qarabağ məsələsi ATƏT Parlament Assambleyasının iyulun 1-dən 5-dək keçiriləcək yay sessiyasında Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti tərəfindən qaldırılacaq.
 
Bunu Trend-ə Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
 
Onun sözlərinə görə, ATƏT Parlament Assambleyasının yay sessiyasında dünyanı narahat edən bəzi məsələlər gündəmə gətiriləcək:
 
"Əlbəttə ki, Dağlıq Qarabağ məsələsi də gündəmdəki məsələlərdən biridir. Bu məsələ bizim tərəfimizdən birmənalı şəkildə sessiyada qaldırılacaq".
 
B.Muradova əlavə edib ki, ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin regiona səfəri bu yaxınlarda başa çatıb. Onun da sessiyada bu məsələ ilə əlaqədar məlumat verəcəyi gözlənilir:
 
"Məlumatlandırma prosesi zamanı da yəqin ki, bu məsələ ətrafında fikir mübadiləsi aparılacaq. Biz hər halda PA-nın diqqətini aprel döyüşlərindən sonra yaranmış yeni reallıqlara və danışıqlar prosesinin hazırkı vəziyyətinə yönəltməyə çalışacağıq".

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org