Atciliq klubundan reportaj – Foto

22:00 – xeber – Atçılıq Azərbaycan geniş yayılmış sahələrdən biridir. Xüsusən, Qarabağ atları təkcə regionda deyil, bütün dünyada məşhurdur. Ölkəmizdə bir çox atçılıq klubları fəaliyyət göstərir. Bunlardan biri də paytaxtda yerləşən “Elit” atçılıq klubudur.
 
Axar.az olaraq “Elit” atçılıq klubuna baş çəkib, buranın şəraiti, atların saxlanma qaydaları və əhalinin atçılığa meyili ilə maraqlandıq.
 
Atçılıq klubunun direktor müavini Çingiz Yaqnaliyev buradakı atların beynəlxalq uğurlar qazandığını dedi:
 
“Atların çoxu yarışlarda iştirak edir. Bizim Çerova adlı atımız mayın 7-də keçirilən Heydər Əliyev adına beynəlxalq çempionatda birinci olub. Yarışa bir çox ölkədən atlar qatılmışdı. Bizim atımız gərgin yarışda qalib gəldi. Heydər Əliyev kubokunu qazandı. Çerova çox güclü atdır. Burada hal-hazırda 28 at, 8 poni var”.
 
Direktor müavini bizə atların yemlənməsi ilə bağlı da məlumat verdi:
 
“Atlarımıza çox geniş tələbat var. Hamı gəlir, baxanlar da olur, sürənlər də. Burada olan atların demək olar ki, hamısı şəxsi atlardır, müxtəlif adamların atlarıdır. Ən çox həftə sonları gəlirlər, at sürmək istəyirlər. Həftə içi uşaqlarla maraqlı ekskursiyalar təşkil edirik. Gün ərzində atları 5 dəfə yemləyirik. Səhər tezdən 6-7-də ot, günorta saat 1-də yem verilir. Daha sonra saat 5-də arpa, axşam saat 6-da və 8-də isə yenidən yem veririk”.
 
“Elit” atçılıq klubundan çəkilmiş fotoları təqdim edirik:

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org