“Ataturk mualiceye getmedi, men de getmirem” – Video

20:54 – xeber – Bir neçə gün əvvəl vəfat edən əfsanəvi türk aktyoru Tarık Akanın 52 illik dostu, “qardaşım” adlandırdığı Zəki İrfanoğlu onunla bağlı xatirələrini danışıb.
 
Axar.az Zəki İrfanoğlunun Tarık Akan haqda xatirələrini təqdim edir:
 
Tarık Akanın burnunu qırdım
 
“Səs dərgisi” onun alın yazısı idi. Mən, sadəcə, vasitəçi oldum. Tarık o vaxt məktəbdəydi. Məktəbin bağlanmasına yaxın 2 şəklini mənə gətirdi. Mən “Səs dərgisi”nə abunə idim. Ona “Sən bu qədərmi yaraşıqlısan?” – dedim. Ertəsi gün “Səs”ə getdim. Səlahiyyətli şəxs mənə yarışmanın bitdiyini bildirdi. Mən də həmin şəxslə fotolara baxmadı deyə, mübahisə etdim. Bu vaxt bir bəy aşağı endi. O, Ərman Şənər idi. Şəkillər göstərdim, “yarışma bitdi”, – deyərək məni danladı. Kədərləndiyimi gördüyü zaman fotoya baxdı. Görəndə donub qaldı. “Sən bunu haradan tanıyırsan?” – dedi. “Dostumdur”, – dediyim zaman “Bu fotolar məndə qalacaq, 1 ay sonra yarışma var”, – dedi. Ertəsi gün Tarıka vəziyyəti danışdım. Yarışma günü birlikdə getdik. 20 nəfərin içində Tarık günəş kimi parlayırdı. Mənim mavi sviterimi geyinmişdi. 16 yanvar 1971-ci ildə yayımlanan dərgidə birinci oldu. Bundan sonra Məhməd Şəndil Tarıka zəng vurdu. İlk filmi “Solan bir yarpaq kimi” oldu. Bunun müqabilində 10 min lirə qazandı. Tarık o pulla atası və özü üçün palto aldı. Pulla Almadağdakı gecə klubunda yemək yedik. Sonra Badırköyə gəldik. 3 gün sonra filmin çəkilişləri başlayacaqdı. Güləşərkən burnunu qırdım. O, ilk filmində burnu qırıq oynadı. Bu filmdən sonra Tarık aktyor kimi fəaliyyətə başladı.
 
Xilasedici Tarık
 
Tarıkla hər gün görüşürdük. 70-ci illərdə Dolmabaxça stadionunda 19 may tədbirlərində limonad satırdıq. Tarıkın xilasedici kimi işlədiyi də deyilir. Amma o, heç vaxt xilasedici olmayıb. Biz 8 il hər yay Ataköy çimərliyinə gedirdik. Oranın müdir və işçiləri bizi çox yaxşı tanıyırdı. Biz qayıqla gəzərkən qadınlar, uşaqlar boğulduğu zaman onları xilas eləməyə gedərdik. Tarıkın boyu uzun olduğu və üzməyi yaxşı bacardığı üçün boğulanları xilas edirdi. Burada adı “xilasedici” qalmışdı.
 
Bunların heç birini deməzdi…
 
Qurduğumuz məktəbin yanında həyat yoldaşımın təşkilatı vardı. Yanıma gələrkən həmin yeri alıb məktəb qurmağımız təklifini irəli sürdü. Sənət məktəbi quracaqdıq. Binanın sahibi ilə mübahisə etdik. Amma sonda Tarık razılaşdı və oranı məktəbə çevirməyə qərar verdik. Tarık çox yardımsevər idi. O, neçə insanı əməliyyat etdirib. Maddi vəziyyəti yaxşı olmayanlardan da köməyini əsirgəmirdi. “Bu məhəllədə bu adam kasıbdır” de, yük maşını ilə əşya göndərirdi. Zəlzələ zamanı da bir yük maşını kömək göndərdi. Amma bunların heç birini deməzdi.
 
Tarık salon filmlərindən uzaqlaşdığı zaman pulsuz qaldı. Ərtəm Əyilməzlə tez-tez mübahisə etdiyi üçün Tarık onların qara siyahısında idi. Evimizdəki videoları satdıq. Bunlarla 2 ay birtəhər keçindi. Daha sonra borc pul tapıb taksi aldıq. Sürücü işləyib, taksiçilik etdik. İl yarım da belə yaşadı. “Mədən filmi ilə yenidən aktyor fəaliyyətinə başlayanda, təkliflər ard-arda gələndə daha bir taksi aldıq. O taksini də məktəbi qurarkən satdıq.
 
Atatürk getmədi, mən niyə gedim…
 
Tarık düz 46 gün həbsxanada qaldı. Çünki mən 46 gün Səlimiyənin qapısında idim. 47-ci gün çıxdı. Çıxdığı zaman heç kəsə küskün deyildi. 14 ay əvvəl bu xəstəliyə tutulanda “Maddi vəziyyətin yaxşıdır, Amerikaya get”, – dedim. “Atatürk getmədi, mən niyə gedim”, – dedi. Heç vaxt xəstəliyə niyə tutuldu deyə, deyinmədi. Xəstəliyinin ağırlaşdığını anlayanda “Sənə bir söz deyəcəyəm, Kozalak. Sənin bunu öyrənməyə haqqın var”, – dedi. Mən ağlamağa başladım. “Bax, buna görə sənə heç nə demirəm. O dəqiqə ağlayırsan”, – dedi.
 
Kozalak və Baqqal…
 
Ölümündən 23 gün əvvəl də “Mən çox gözəl həyat yaşadım, Kozalak”, – dedi.  Tarık mənə “Kozalak”, biz ona “Baqqal” deyərdik. Zuhuratbabada şərab almağa gedərdik, şərablar üst rəflərdə olurdu. Tarıkın boyu uzun olduğu üçün şərabı o götürərdi. Buna görə də onu “Baqqal” adlandırardım. Tarık Akanın vəsiyyəti tək kəlmədən ibarət idi. O da mənimlə gedəcək. Nə bu məktəblə bağlıdır, nə də digər mal-mülklə. İki il əvvəl həyatını yazmağa başladı. Mənə sən “Kozalaklar”ı yaz, mən də “Yaşılçamı”, – dedi. Xəstəliyi ortaya çıxanda “Zəki, yorğunam, sən də yazmağı at”, – dedi.
 
97 yaşımda öləcəyəm…
 
Ölüm xəbərini oğlu Barış verdi. Siqaretə görə çox əsəbiləşirdim, düz üzünə söyürdüm. Əlindən ala bilmirdim, ancaq son 1 ayda tərgitmişdi. Ağ ciyərinin 90 faizini siqaret yemişdi. Hər zaman 7 nəfərlik dostluq qrupumuz toplaşan zaman “Mən bu tarixdə öləcəyəm”, – deyə fikir yürüdərdik. Tarık isə, “Yox, dostum, mən 97 yaşımda, babamın öldüyü yaşda öləcəyəm”, – deyərdi.
 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org