Atasinin sitketinden 50 min ogurlayan tutuldu

20:12 – xeber – Gəncə şəhərində şirkətdən içərisi pulla dolu seyfi oğurlayan şəxslər saxlanılıb.
 
Report-un məlumatına görə, bu, sentyabrın 29-u gecə saatlarında Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının birgə apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində mümkün olub.

Gəncə şəhər Üzeyir Hacıbəyli küçəsində yerləşən şirkətin ofisindən içərisi pulla dolu seyfi oğurlayan şəxslər – Naxçıvan şəhər sakinləri – 1992-ci il təvəllüdlü Asif Əliyev və onun əmisi oğlu və həmyaşıdı Vasif Əliyev Bakı şəhərində saxlanılaraq istintaqa cəlb ediliblər. Onlardan oğurladıqları seyf və 39 min 400 AZN və 5 min 700 ABŞ dollar pul gizlətdikləri yerdən maddi sübut kimi aşkarlanaraq götürülüb.
 
Qeyd edək ki, ofisin gözətçisini döyüb, daha sonra oradan seyfi oğurlayanlardan biri olan Asif Əliyev şirkətin Gəncə nümayəndəliyinin rəhbəri Azər Əliyevin öz oğludur, digəri, Vasif Əliyev isə onun qardaşı oğludur.
 
Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, saxlanılan hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org