AŞPA numayendeleri Qerb Universitetinde – Gorus

17:32 – xeber – Qərb Universiteti Gender Araşdırmaları Mərkəzində AŞPA nümayəndələri ilə görüş keçirilib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) “Zorakılıqdan azad qadınlar” Parlament şəbəkəsi ilə birgə “Qadın səlahiyyətlərinin genişləndirilməsində və qadınlara qarşı zorakılıqla mübarizədə parlamentarilərin rolu” mövzusunda Qərb Universiteti Gender Araşdırmaları Mərkəzində görüş baş tutub.
 
Görüşdə AR Milli Məclisinin Avropa Şurası Parlament Assableyasındakı nümayəndə heyətinin üzvü, Avropa Şurası Parlament Assambleyasının Qadınlara qarşı zorakılıq üzrə baş məruzəçisi, “Zorakılıqdan azad qadınlar” parlament şəbəkəsinin siyasi əlaqələndiricisi Sahibə Qafarova, Avstriya Parlamentinin və “Zorakılıqdan azad qadınlar” Parlament Şəbəkəsinin üzvü Qizela Vurm, Andorra Parlamentinin və AŞPA-nın üzvü Silvia Bonet, Avropa Şurasının eksperti, Bosniya və Herseqovina Parlamentinin, eləcə də “Zorakılıqdan azad qadınlar” Parlament Şəbəkəsinin sabiq üzvü İsmeta Dervoz, Gender və məişət zorakılığı üzrə ekspert Monika Koçaqi (Albaniya), AŞPA Katibliyinin əməkdaşı Elis Kornu və başqa səlahiyyətlilər iştirak edib.
 
Qərb Universitetinin rektoru Zemfira Məmmədova qonaqları salamladıqdan sonra Gender Araşdırmaları Mərkəzinin yaranma tarixindən, fəaliyyətindən, genderin tədrisə inteqrasiyasından söhbət açıb. Rektor qeyd edib ki, Qərb Universiteti gənc, müasir universitet olmasına baxmayaraq, hər zaman yenilikləri ilk olaraq tətbiq edən təhsil müəssisəsidir.
 
Daha sonra çıxış edən Qərb Universitetinin Gender Araşdırmaları Mərkəzinin müdiri Kifayət Ağayeva Azərbaycan qadınlarının cəmiyyətdə tutduğu yüksək mövqe, müxtəlif sahələrdə qazandıqları uğurları barədə qonaqlara məlumat verib.
 
Sonda görüş iştirakçıları xatirə fotosu çəkdirib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org