AŞPA-daki numayende heyetimizin yeni terkibi aciqlandi

13:04 – xeber – Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni tərkibi müəyyənləşib.

Bu barədə Report-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, nümayəndə heyətinin üzvü Rövşən Rzayev məlumat verib. 

Onun sözlərinə görə, Azərbaycanın qurumdakı nümayəndə heyətinin tərkibində dəyişiklik edilib və tərkibə 3 yeni deputat daxil edilib.

Bunlar hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Vüsal Hüseynov, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, bitərəf deputat Müslüm Məmmədovdur.  V.Hüseynov əsas heyətdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, YAP üzvü Əli Hüseynlini, E.Musayev əvəzedici heyətdə Vətəndaş Həmrəyliyi Partiyasından deputat Fəzail İbrahimlini, M.Məmmədov isə keçmiş deputat (bitərəf) Aydın Abbasovu əvəz edib. 

Azərbaycanın AŞPA-dakı 12 nəfərlik nümayəndə heyətinə Səməd Seyidov, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Elxan Süleymanov, Rəfael Hüseynov, Rövşən Rzayev, Müslüm Məmmədov, Elşən Musayev, Vüsal Hüseynov daxildir. 

Yeni tərkibin siyahısı AŞPA-ya göndərilib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org