AŞPA-da ermeniler uz-uze – Zohrabyan cezalanacaq

12:28 – xeber – Avropa Şurası Parlament Assambleyasındakı Türkiyə nümayəndə heyətinin üzvü Markar Esayan AŞPA bürosuna şikayət ərizəsi ilə müraciət edib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bununla bağlı ermənişünas İsmayıl Tanrıverdi araşdırma aparıb.
 
Markar Esayan ərizəsində bildirib ki, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Naira Zöhrabyan ona qarşı kobud hərəkətlərə yol verib, onu qadına yaraşmayan küçə söyüşləri ilə təhqir edib. Müraciətdə bu nalayiq davranışına görə N.Zöhrabyanın cəzalandırılması xahiş olunub.
 
Qalmaqala səbəb AŞPA-nın son sessiyasında Dağlıq Qarabağ bölgəsinin ətraf rayonlarla birlikdə işğalı və Sərsəng su anbarına dair qətnamələrin müzakirəsi zamanı türkiyəli deputat M.Esayanın Azərbaycanın lehinə səs verməsi olub. Bu, Ermənistananın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri N.Zöhrabyanın xoşuna gəlməyib, nəticədə Naira Zöhrabyan sessiyanın sonunda Markar Esayana yaxınlaşaraq, onu ən ağır ifadələrlə təhqir edib.
 
Hadisə ilə yaxından maraqlanan AŞPA sədri Pedro Aqramund isə AŞPA-nın türkiyəli və ermənistanlı səfirləri ilə ciddi söhbətlər aparıb.
 
İsmayıl Tanrıverdi bildirib ki, AŞPA-dakı erməni mənbələrindən alınan məlumata görə, Pedro Aqramund tərəfindən qaldırılan iddia artıq nizam-intizam komissiyasına təqdim olunması üçün hazırlanıb və qurumun aprel sessiyasında N.Zöhrabyan barəsində sanksiya tədbirləri müzakirə olunacaq. Hazırda isə N.Zöhrabyanın səsvermə hüququndan məhrum olunması məsələsi müzakirə olunur.
 
Ermənişünas araşdırmasında daha maraqlı bir faktı da qeyd edib: “Erməni müxbirlər N.Zöhrabyandan M.Esayana nə kimi təhqiramiz sözlər dediyini soruşanda o, həyasızcasına bildirib ki, mən ona erməni nümayəndəliyi adından layiq olduğu bütün söyüşləri dedim. Etika xatirinə efirə və mətbuata uyğun sözlər olmadığı üçün nə dediklərimi açıqlamayacam”.
 
Xatırladaq ki, N.Zöhrabyanın səsvermə hüququndan məhrum ediləcəyi barədə bir müddət öncə Ermənistan mediasında müzakirələr başlayıb. 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org