ASALA dirilir ve Qarabaga… – İddia

19:01 – xeber – Ermənistanda Dağlıq Qarabağın işğalında iştirak etmiş “Şuşa batalyonu veteranları” ictimai təşkilatının sədri Jirayr Sefilyan Milli Müqavimət Komitəsi formalaşdırmağa başlayıb.
 
Publika.az erməni KİV-nə istinadən xəbər verir ki, keçmiş döyüşçülər Ermənistanın aprel müharibəsində məğlubiyyətindən və itkilər verməsindən sonra belə qərara gəliblər. 
 
Milli Müqavimət Komitəsinə Kəşfiyyat Veteranları Birliyidə qoşulur.
 
Lakin erməni mediası ASALA-nın bu komitə adı altında yenidən dirçələcəyini yazıb.
 
Ermənilərin gizli milli azadlıq ordusu kimi təqdir etdiyi, lakin bütün dünyada terror təşkilatı olaraq tanınan ASALA-nın döyüşçüsü Alek Enigomsyan bildirib ki, itirilmiş əraziləri qaytarmaq üçün hərəkətə keçmək lazımdır: “Bu məsələdə döyüşçülər hərəkətə keçməli, siyasətçilər də onlara dəstək verməlidir. “Şuşa batalyonu veteranları” birliyinin fəaliyyəti xarici və daxili düşmənlərə qarşıdır. Buna dəstək verməliyik”.
 
Qeyd edək ki, ASALA 1975-ci ildə yaradılıb. Təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşib. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində “Böyük Ermənistan” qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürən ASALA lideri Akop Akopyan “Nyu-York Tayms” qəzetinə verdiyi müsahibədə “Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir” deməsi də onların açıq terrorla məşğul olduğunu sübut edir. Terror təşkilatı 1991-ci ildə rəsmən ləğv olunduğunu elan edib. Lakin onun gizli fəaliyyətinə dair məlumatlar zaman-zaman ortaya çıxıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org