Arzu Eliyeva yeni layihenin teqdimatinda – Foto


[r32]
– xeber –
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın dəstəyi ilə pianoçu Səidə Tağızadə və əməkdar rəssam Rəşad Mehdiyevin birgə ideyası olan unikal “Musiqinin rəngləri” layihəsinin təqdimatı keçirilib.
Bakı Media Mərkəzindən Kult.az-a verilən məlumata görə, layihə çərçivəsində rəssam R. Mehdiyevin tanınmış bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin bəstələdiyi bir neçə kompozisiyaya həsr etdiyi rəsm əsərləri nümayiş olunub.
Bakı Media Mərkəzinin direktoru Orman Əliyev bu layihəni rəngkarlıq və musiqinin vəhdəti adlandırıb. Bəstəkar Firəngiz Əlizadə, rəssam Rəşad Mehdiyev və pianoçu Səidə Tağızadə isə qonaqlara layihəyə olan maraqlarına görə təşəkkürlərini bildiriblər.
Sonra Bakı Media Mərkəzinin atriumunda Rəşad Mehdiyevin əsərlərinin təqdimatı keçirilib. Hər bir əsərin həsr olunduğu musiqi kompozisiyası pianoçu Səidə Tağızadə, fleytaçı Əminə Zülfüqarova və Ceyla Seyidova (skripka), Soltan Məmmədov (skripka), əməkdar artistlər Vaxtanq İmanov (alt) və Aleksey Miltixdən (violonçel) ibarət Azərbaycan Dövlət Kvarteti tərəfindən ifa olunub. Rəsm əsərlərinin və bütövlükdə Bakı Media Mərkəzinin atriumunun xüsusi işıq effektləri ilə işıqlandırılması musiqi və rəsm dünyalarının harmoniyası atmosferini daha gücləndirib.
Bakı Media Mərkəzi incəsənət sahəsində xüsusi iz buraxan belə layihələrin davamlı olacağına ümidvardır və gələcəkdə də maraqlı yaradıcı təşəbbüslərə dəstək olmağa hazırdır.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org