Ariqlamaq ucun mocuzeli yemek


[r32]
– xeber –
Amerika cərrahları artıq çəkidən əziyyət çəkən insanların əməliyyatdan əvvəl arıqlaması üçün bu şorbanı hazırlayıblar.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, olduqca effektiv təsir edən bu şorba ilə saxlanılan diyet çox sərt deyil və tez zamanda arıqlamağa imkan verir. Kərəviz diyetinin əks göstərişləri və ya hansısa məhdudiyyətləri yoxdur, bu diyeti hər gün də etmək olar. Müntəzəm istifadə etdikdə kərəviz bərpaedici, cavanlaşdırıcı və hətta təmizləyici təsirlərə malikdir.
Kərəviz diyeti 1 həftə üçün nəzərdə tutulub, bu günlər ərzində üzüm, banan və kartofdan başqa digər meyvə-tərəvəzləri yemək olar. Həmçinin istənilən qədər təmiz su, qazsız mineral su, yaşıl çay və şəkərsiz kofe də içmək olar. Bu diyet zamanı əsas şərt – hər gün bir boşqab bu möcüzəli şorbadan yeməkdir.
Asan həzm olunan kərəviz şorbası diyetik, yağ əridici təsirlərə malikdir və çox faydalıdır.
Kərəviz şorbası üçün lazım olab məhsullar:
– Kərəviz sapı – 400 qr
– Ağ kələm – 0,5 kq
– Baş soğan – 6 ədəd (böyük olmayan)
– Təzə və ya konservləşdirilmiş pomidor – 3 ədəd (orta ölçüdə)
– Yaşıl şirin bibər – 2 ədəd
– Duz, qara istiot.
Hazırlanması:
Tərəvəzlər doğranılır, üzərinə 3 litr su tökülür, zövqə görə duz və biraz qara döyülmüş istiot əlavə edilir. Qazan oda qoyulur, qaynadılır və 10 dəqiqə bişirilir. Bundan sonra od daha zəif edilir və yavaş od üzərində bütün tərəvəzlər yumşalana qədər bişirilir.
Beləliklə, kərəviz şorbası hazırdır.
Nuş olsun!

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org