Arif Quliyev xanim muxbiri tehqir etdi

17:15 – xeber – Ötən gün xalq artisti Arif Quliyevin rəhbərlik etdiyi teatrın bağlanılması ilə bağlı məlumat yayılmışdı. Məsələ ilə əlaqədar xalq artisti ilə əlaqə saxlayıb, bundan sonrakı fəaliyyəti ilə bağlı fikirləriylə maraqlandıq.
 
Musavat.com xəbər verir ki, Arif Quliyev gözlənilmədən məlumatı yayan AzNyus.az saytının xanım jurnalisti Bahar Rüstəmli barəsində qeyri-etik ifadələr işlətdi, hətta çox ədəbsiz küçə söyüşlərini dilə gətirməkdən belə, özünü saxlaya bilmədi. Ona müraciət edən əməkdaşımızın da xanım olmasını nəzərə almayan xalq artistinin söyüş dolu ifadələrini etikadankənar olduğu üçün dərc etmirik.
 
Xalq artisti adını daşıyan gülüş ustasının dediklərindən bəziləri:
 
“Yalan yazıb. Adam “otpuska”ya çıxmaz? Pensiyaya çıxmaz? (söyüş söyməkdə davam edir). Mən xalq artistiyəm, çıxmayım pensiyaya..? Müalicə olunmayım? Heç dəxli var? 66 yaşım var, istirahət etməyim? Həmin teatr 20 il bundan əvvəl bağlanıb. O qanacaqsıza dedim ki, Sovet dağılanda mənim də teatrım maliyyə üzündən bağlandı (qəribə şəkildə bərkdən gülür)”.
 
Aktyor heç bir serial, film çəkilişlərində də iştirak etmədiyini deyib: “Rejissora gedib deməyəcəm ki, məni çək. Məsləhət olanda məni də dəvət edirlər. Mən 5 özəl filmə çəkilmişəm. İndi isə pensiyadayam, prezident təqaüdçüsüyəm, istirahət edirəm, burada nə qəribə şey var? Kim ki, barəmdə tərsinə yazıb, onun nəslini də, özünü də, hamısını söyürəm”.
 
Qeyd edək ki, gülüş ustası Arif Quliyevin rəhbərlik etdiyi Özəl Satira Teatrının bağlanılması ilə bağlı AzNyus.az saytında yazı dərc edilmişdi. Jurnalist həmkarımız Bahar Rüstəmlinin müəllifi olduğu yazıda bildirilirdi ki, adıçəkilən teatr maliyyə çatışmazlığı ucbatından fəaliyyətini dayandırıb.
 
Xatırladaq ki, ötən il də teatrın bağlanılması ilə bağlı məlumatlar yayılmışdı. Aktyor Arif Quliyev musavat.com-a açıqlama verərək, məlumatı təkzib etmiş  və bildirmişdi ki, maddi gəliri məhz Özəl Satira Teatrından gəlir.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org