Argentina mediasi Bakidaki Formula-1-den yazdi

19:20 – xeber – Azərbaycanın Argentinadakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin “Diario Jornada” xəbər portalında “Bakı – Formula 1-in yeni ünvanı” adlı məqalə yayılıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, məqalədə bildirilir: 1990-cı illərdən etibarən Formula-1 təqviminə bir sıra yeni şəhərlər əlavə olunub, lakin iyunun 17-də bu yarışların tarixində yeni səhifə açılır və ilk dəfə olaraq Bakı şəhəri həmin yarışlara ev sahibliyi edir. Məqalədə Bakı Şəhər Halqası barədə məlumat verilir, 20 döngəsi olan həmin halqanın yarış təqvimində genişliyinə görə ikinci olduğu diqqətə çatdırılır.
 
Müəllif, həmçinin Bakı şəhəri haqqında məlumat verir, şəhərin qədim hissəsində yerləşən Şirvanşahlar sarayı və Qız qalasının UNESCO-nun Dünya İrs Siyahısına daxil edildiyi, Bakıda “Avroviziya” musiqi yarışmasının, birinci Avropa Oyunlarının keçirildiyi, paytaxtın 2020-ci ildə futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcəyi qeyd olunur.
 
Məqaləyə, həmçinin Formula-3 yarışlarında Azərbaycanı təmsil edən gənc pilot Gülhüseyn Abdullayevin yarış maşınında Bakı Şəhər Halqasında həyata keçirdiyi sınaq yürüşünü əks etdirən video əlavə olunub.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org