Ankaranin Moskva ile bagli planlari var – Politoloq

09:00 – xeber – Beynəlxalq müşahidəçilər belə hesab edir ki, Ankara regiondakı mövqelərinə müsbət impuls almaqdan ötrü incə gedişlər etməli olacaq.
 
Bu barədə Axar.az-a politoloq Tofiq Abbasov danışıb. Onun sözlərinə görə, Rusiya və Türkiyə arasında vəziyyət qeyri-müəyyən olaraq qalır və bunun əsas səbəbi Moskvanın barışmaz mövqedə olmasıdır:
 
“Rusiya rəhbəri hesab edir ki, barışıq üçün təşəbbüs Ankaradan üzrxahlıq formasında gəlməlidir. Bu, birinci fraqmentə düzəlişdir. Çünki təyyarə insidenti tək ikitərəfli formata deyil, həm də qlobal geosiyasi cərəyanlara da siraət etdi. Türkiyədə yeni hökumətin fəaliyyətə başlaması ən yaxın zamanda Moskva ilə Ankara arasındakı soyuqluğun aradan götürüləcəyinə dair ehtimalları gücləndirir. Binəli Yıldırımın bu məsələ ilə bilavasitə əlaqəsi olmasa da, türk diplomatlar bu dəyişiklikdən istifadə edə bilərlər. Putin məhz Ərdoğan tərəfindən addım atılmasını gözləyir. Zənnimcə, müəyyən müddət keçdikdən sonra Ərdoğan vəziyyətə yumşaq formada münasibət bildirəcək”.
 
Politoloq hesab edir ki, bu soyuqluqdan hər iki tərəf itirir və normal münasibətlərə qayıdış qlobal böhran vəziyyətində əlverişli iqtisadi əlaqələrin yenidən qurulmasına təkan verəcək:
 
“Hər halda Moskva zənn edir ki, top Ankara tərəfindədir. Beynəlxalq müşahidəçilər də belə hesab edir ki, Ankara regiondakı mövqelərinə müsbət impuls almaqdan ötrü incə gedişlər etməli olacaq. O cümlədən türk siyasi elitası da bundan əmindir. İsrail istiqamətində belə, artıq addımlar atılır. Görünür, növbədə Rusiya durur və Ankaranın Moskva ilə bağlı öz planları var”.
 
Qeyd edək ki, noyabrın 24-də Rusiyaya məxsus döyüş təyyarəsi Türkiyə sərhədini pozduğu üçün vurulandan sonra Ankara və Moskva arasında münasibətlər gərginləşib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org