14:04 – xeber – Rusiya Prezidenti Vladimir Putinin “Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirik” açıqlamasına Ankara cavab verib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu verdiyi açıqlamasında bunun üçün birgə işçi qrupunun yaradılmasının vacib olduğunu deyib:
“Putin deyir ki, addım gözləyirik. Biz də deyirik ki, bu addımları ata bilmək üçün gəlin birgə işçi qrupu yaradaq. İstər rəsmi, istərsə də qeyri-rəsmi, necə istəyirlər. Danışaq, hansı addımları atacağımızı dəyərləndirək və nəticədə də ortaq yolu tapaq”.