Ankara herekete kecir: Sert qerarlar gozlenilir


[r32]
– xeber –
Çox güman ki, Türkiyə AŞPA-dan çıxmağa qərar verəcək.
Bu sözləri Axar.az-a Avropa Şurası Parlament Assambleyasının Türkiyəni siyasi nəzarət altına almaq qərarına münasibət bildirən millət vəkili Fazil Mustafa deyib. Millət vəkilinin sözlərinə görə, AŞPA-nın qərarı çox qərəzlidir və Avropanın Türkiyəni sıxışdırmaq siyasətinin tərkib hissəsidir:
“Təəssüf ki, Avropa Şurası kimi bir qurum da bəzi Avropa ölkələrinin iradəsinə tabe olaraq, alət kimi istifadə olunur. Məncə, Türkiyə bu dərəcədə bir töhmətin altına girəcək dövlət deyil. Çox güman ki, Ankara AŞPA-dan çıxmağa qərar verəcək. Çünki AŞPA-nın bu formada yanaşması qəbuledilməzdir. Bu gün və ya sabah bu addım başqa ölkələrə qarşı da ola bilər. Bu meyarları məhz AŞPA-nın gündəmə gətirməsi və qəbul olunmuş ümumi qaydaları pozması beynəlxalq hüququn prinsiplərinə də uyğun deyil. Hesab edirəm ki, sözügedən qərar Türkiyə tərəfindən çox mənfi qarşılanacaq və hətta Ankaranın ən sərt addımlar atması gözləniləndir”.
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyası Türkiyəni siyasi nəzarət altına almaq haqqında qərar verib.
AŞPA Türkiyəni siyasi nəzarət prosesindən 2004-cü ildə çıxarmışdı.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org